Ərazi vergi orqanları tapşırığa 14% çox əməl edib
2017-ci ilin yanvar-aprel ayları ərzində ərazi vergi orqanları tərəfindən dövlət büdcəsinə 155,4 milyon manat proqnoza qarşı 176,6 milyon manat vəsait daxil olmaqla proqnoz tapşırığına 113,6 faiz əməl olunmuş, o cümlədən yerli mənbələr üzrə dövlət büdcəsinə 113,8 milyon manat proqnoza qarşı 135,1 milyon manat vəsait daxil olmuş və ya proqnoz tapşırığına 118,8 faiz əməl edilmişdir.
“Marja” xəbər verir ki, bunu Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru Elçin Bəylərov bildirib.
20 MİNDƏN ÇOX VERGİ ÖDƏYİCİSİ FƏALİYYƏTİNİ BƏRPA EDİB
Onun sözlərinə görə, islahatlar iqtisadi sistemin şəffaflaşmasına, əlverişli biznes mühitinin formalaşmasına, sahibkarlıq subyektlərinin fəaliyyətinin cəlbediciliyinin artırılmasına şərait yaratmış, bütün bunların nəticəsində 2017-ci ilin yanvar-aprel ayları ərzində ərazi vergi orqanları üzrə 20 mindən yuxarı vergi ödəyicisi fəaliyyətini bərpa etmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,1 dəfə çoxdur. Cari ilin birinci rübündə fəaliyyətini bərpa edən obyektlərin sayında 2 dəfə artım olmuşdur.
2017-ci ilin birinci rübündə ümumi dövriyyələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,1 faiz artmışdır. Pərakəndə ticarət sahəsindən vergi daxilolmaları 6,9 faiz, xidmət sahəsində isə 30,6 faiz artmışdır.
2016-cı ildə regionlardan vergi daxilolmaları 600,8 milyon manat təşkil etmişdir. Halbuki Dövlət Proqramının qəbulundan əvvəlki 2003-cü ildə bu rəqəm 37,7 milyon manat idi. Beləliklə, son 15 ildə regionlardan vergi daxilolmaları 16 dəfə artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
52 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























