Əhalinin əmanətlərində sığorta ilə sıçrayış
2021-ci ilin ilk 5 ayı ərzində əhalinin banklardakı əmanətləri 457 milyon 350 min manat artıb. Bu artım aprel-may dövründəki artımlardan qaynaqlanır. Belə ki, son iki hesabat ayında əhalinin əmanətləri 487 milyon 670 min manat artıb. Aprelin əvvəlindən əmanətlərin sığortalanması üzrə yeni şərtlər qüvvəyə minib. 05 aprel 2021-ci il tarixdən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə 100 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Qorunan əmanətlərin siyahısına notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitlər və fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 min manatadək pul vəsaitləri daxil edilmişdir. Əmanətlərin tam sığortalanması sistemi sona çatdığından martda əhalinin əmanətləri azalmışdı.
Əhalinin əmanətləri aprel ayında 205 milyon 440 min manat, may ayında 282 milyon 230 min manat artıb.
Ötən ilin sonunda əhalinin banklardakı əmanətləri 8 milyard 177 milyon 880 min manat, 2021-ci ilin mart ayının sonunda 8 milyard 147 milyon 480 min manat ikən, mayın sonunda 8 milyard 635 milyon 150 min manat təşkil edib.
2021-ci ilin aprel-may dövründə əhalinin milli valyutadakı əmanətləri 695 milyon 830 min manat artıb, xarici valyutadakı əmanətləri isə 208 milyon 160 min manat azalıb.
Aprel ayında devalvasiyadan sonra ilk dəfə milli valyutadakı əmanətlər xarici valyutadakı əmanətləri üstələyib. May ayının sonunda əhalinin 8 milyard 635 milyon 150 min manat cəmi əmanətlərinin 54,9%-i və ya 4 milyard 741 milyon 640 min manatı milli valyutada, 45,1%-i və ya 3 milyard 893 milyon 500 min manatı xarici valyutada olub. Mayda xarici valyutadakı əmanətlər 4 milyard manat səviyyəsindən də aşağı düşüb.
Xatırladaq ki, 2015-ci ilin sonunda əhalinin banklardakı əmanətlərinin 85%-i xarici valyutada idi.
Əmanətlərin sığortalanması üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata artırılması, Manatın məzənnəsinin sabit qalması və milli valyutada yerləşdirilən əmanətlərə yüksək faizlərin ödənilməsi manat əmanətlərinin artmasına səbəb olur.
Fiziki şəxslərin əmanətlərinin strukturu, milyon manat
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 25 d. əvvəl
- 39 d. əvvəl
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
15 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
15 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur


























