Vətəndaşlar kredit sığortasında şərtlərə diqqət yetirmdikləri üçün böyük risklərlə üzbəüz qalırlar
2015-ci ildə baş verən 2 devalivasiya, yəni manatın dəyər itirməsi bir daha göstərdi ki, cəmiyyətin pul dövriyyəsinin böyük hissəsini istehlak krediti təşkil etmişdir. Bu kredit isə düzgün rəsmiləşdirilmədiyi üçün əhalinin böyük bir hissəsi ciddi maliyyə böhranı ilə üz-üzə qaldı və cəmiyyət-dövlət balansında bərabər itkilərin yaranmasına səbəb oldu. Bununla yanaşı 2015-ci il böhranı özü ilə bank sisteminin, dolayı təsirə əsasən sığorta və digər maliyyə institutlarının yaralar alması ilə də nəticələndi.
Mövzu çərçivəsində bu problemlərə gətirib çıxaran amillərdən biri kimi kredit müqavilələrinin təminatı üsulu kimi seçilən kredit sığortası barədə məlumat verəcəyik.
Hazırda ən çox ipoteka müqavilələrində, bəzən isə istehlak krediti müqavilələrində əsas təminatlardan sayılan kredit sığortası adı könüllü olsa da, faktiki olaraq icbaridir. Vətəndaşlar ipoteka götürə bilmək üçün kredit sığortası müqavilə şərtlərinə imza atırlar. Bu isə aşağıdakılara gətirib çıxarır:
- ipoteka götürən şəxslər xəstəlikləri barədə sığortaçıya məlumat vermədikləri üçün bu xəstəliklə bağlı baş verəcək bütün neqativ hallar nəticəsində krediti ödəyə bilmədikdə, təminatdan kənarda qalır.
- 100 min manatlıq kreditə görə daha aşağı təminat (sığorta ödənişi) ala biləcəkləri şərtlərinə baxmayıb müqaviləni imzaladıqları üçün hadisə zamanı özü yaxud ailə üzvləri tam kredit məbləğində borclu statusunda qalır.
- Krediti verən bank eyni zamanda sığorta müqaviləsinin bağlanmasında vasitəçi olduğu üçün, vasitəçiliyə görə aldığı komissiya məbləği vətəndaşın ödədiyi sığorta haqqına təsir edir və vətəndaş adi halda komissiyasız ödəyəcəyi sığorta haqqından qat-qat artıq sığorta haqqı ödəyir.
- “Sığorta müqaviləsində bütün hallara təmiant verilir” deyə düşünsə də, şərtlərə baxmadığı və ona izah olunmadığı üçün istisna halları oxumadan böyük risklərlə üzbəüz qalır.
İstənilən sığorta müqaviləsinin bağlanması vətəndaşlarda itkiyə gətirdiyi üçün işinin peşəkarlarından dəstək almaqla, müqavilələri imzalamaq itkilərin qarşısını ala bilər.
Müəllif: Aqil Nuriyev, "İnsurance Consalting Service" MMC-nin direktoru
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 35 d. əvvəl
-
50 d. əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 59 d. əvvəl
-
1 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
1 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
2 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir





















