Dünya əhalisinin hər 100 nəfərindən biri evindən didərgin düşüb
Pandemiyaya baxmayaraq, qaçın və məcburi köçkünlərin sayı rekorda çatıb - BMTDünyada qaçqın və məcburi köçkünlərin sayı son 10 ildə ikiqat artıb.
Marja BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına (UNHCR) istinadla xəbər verir ki, hazırda rekord həddə - 82 milyon nəfərə çatan didərginlərin sayındakı artıma koronavirus pandemiyası və onun gətirdiyi məhdudiyyətlər də təsir edə bilməyib. Təkcə ötən il 11,2 milyon şəxs öz ölkəsini və yaşadığı yeri tərk edərək, özünə sığınacaq axtarmağa məcbur olub.
BMT-nin aidiyyəti qurumunun Qlobal Tendensiyalar Hesabatında qeyd olunur ki, hazırda dünyada didərgin düşmüşlərin 26,4 milyon nəfəri qaçqın, 48 milyon nəfəri məcburi köçkünlərdir. Bundan başqa, 4.1 milyon nəfər sığınacaq axtaran, 3,9 milyon nəfər də məcburi xaricə getməli olan Venesuela vətəndaşları var. Qaçqınların 20,7 milyon nəfəri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, 5,7 milyon Fələstinli isə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Kömək və Yardım Agentliyinin mandatı altındadır.
Qaçqın və məcburi köçkünlərin didərgin düşdükləri və yerləşdikləri ölkələrin də coğrafiyası fərqlidir. Qaçqınların 68%-i, yəni böyük əksəriyyəti təkcə 5 ölkədəndir - Suriya (6,7 milyon), Venesuela (4 milyon), Əfqanıstan (2,6 milyon), Cənubi Sudan (2,2 milyon), Myanmar (1,1 milyon). 5 Afrika ölkəsindən - Konqo, Somali, Sudan, Mərkəzi Afrika Respublikası və Eritreyadan qaçqın düşənlərin cəmi sayı isə 3,5 milyon nəfəri keçib.
Hazırda qaçqınların ən çox yerləşdiyi ölkə Türkiyədir. Əksəriyyəti Suriyalılar olmaqla, hazırda 3,7 milyon şəxs bu ölkədə məskunlaşıb.Daha sonrakı yerlərdə Kolumbiya (1,7 milyon), Uqanda (1,4 milyon), Pakistan (1,4 milyon) və Almaniya (1,2 milyon) gəlir. 2020-ci ildə didərginlərin 3,4 milyon nəfəri öz yaşayış yerlərinə qayıda bilib ki, bunların da əksəriyyəti məcburi köçkünlər (3,2 milyon), yalnız kiçik hissəsi qaçqınlardır (250 min).
2018-2020-ci illərdə qaçqın və məcburi köçkün kimi doğulan uşaqların sayı 1 milyona yaxındır. BMT həmçinin, koronavirus pandemiyasının gətirdiyi çətinliklərlə də bərabər, hazırda dünyada 120-124 milyon nəfər insanın həddən artıq kəskin yoxsulluq səviyyəsində yaşadığını qeyd edir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti







.jpg)







.jpg)






