5 ildə 400 milyard qazanıblar, vergiyə isə “dilənçi payı” ödəyiblər
ABŞ vergi sistemindən sızan məlumat ən iri milyarderləri “silkələyib”. Ədalətin budurmu, dünya?!? 25 ən varlı amerikan 5 ildə 400 milyard qazanıb, vergiyə isə “dilənçi payı” ödəyib....ABŞ-ın Daxili Gəlirlər Xidmətindən (IRS) sızan məxfi məlumatlar dünyanın ən zəngin insanlarının milyardlarla dollar vergidən yayındığını üzə çıxarıb.
Marja xəbər verir ki, araşdırmaçı jurnalistliklə məşğul olan “ProPublica” adlı amerikan QHT-sinin dərc etdiyi qalmaqallı hesabatda Ceff Bezos, Uorren Baffet, Elon Mask, Maykl Bloomberg, Karl Aykan, bir sıra ökələrdə “inqilabların atası” Corc Soros və bir sıra başqa milyarderlərin kifayət qədər varlanmalarına baxmayaraq, büdcəyə “qəpik-quruş” həcmində gəlir vergisi ödədiyi məlum olub.
Araşdırma ortaya çıxarıb ki, aralarında yuxarıda adları çəkilən şəxslərin də olduğu, təkcə ABŞ-ın deyil, eləcə də dünyanın ən varlı 25 şəxsi 2014-cü ildən 2018-ci ilə qədər cəmi 401 milyard dollara yaxın sərvət əldə edib. 2018-ci ilin sonunda onların ümumi sərvəti 1 trilyon dolları keçmişdi. Əvəzində isə bu 5 ildə onların federal büdcəyə ödədiyi gəlir vergisinin həcmi cəmi 13,6 milyard dollar təşkil edib. Bu rəqəm gerçək vergi öhdəliyinin yalnız 3,4%-nə bərabərdir.
Milyarderlər gəlirlərinin əsas hissəsini əmək haqqı və xidmət müqabilində qazanc təşkil edən orta statistik vətəndaşlardan fərqli olaraq, daha çox “vergidən yayınan strategiyalar”dan istifadə edirlər. Onların sərvəti bahalaşan səhmlər və daşınmaz əmlak hesabına sürətlə artır ki, bu aktivlər də satılmadığı müddətdə gəlir vergisinə cəlb oluna bilmir.
Orta amerikan ev təsərrüfatı isə, əksinə, ildə təxminən 70 min dollar qazanıb və əvəzində 14% federal vergi ödəyib. Ən çox gəlir vergisi həddinə düşən və ildə 628 mindən çox qazanan evli cütlüklərin ödədiyi gəlir vergisi 37% olub.
Gəlin, ən çox vergidən yayınan milyarderlərin kim olduğuna baxaq:
Amazon şefi, dünyanın ən zəngin insanı Ceff Bezos: 2014-2018-ci illərdə sərvəti 99 milyard dollar artıb, vergiyə bəyan etdiyi gəliri 4,22 milyard dollar, ödədiyi vergi isə 973 milyon dollar olub. Bezos 2007-ci ildə bircə sent belə vergi ödəməyib, 2011-ci ildə də irimiqyaslı vergi yayınmasına yol verib;
Dünyanın ikinci ən zəngin insanı, Tesla rəhbəri Elon Mask: sərvəti 14 milyard dollar artıb, vergiyə bəyan etdiyi gəlir 1,52 milyard dollar, ödədiyi vergi - 455 milyon dollar. 2018-ci ildə gəlir vergisi ödəməyib;
Berkshire Hathaway-in rəhbəri, qocaman milyarder Uorren Baffet: sərvəti 24 milyard dollar artıb, vergiyə bəyan etdiyi gəlir 125 milyon dollar, ödədiyi vergi - 23,7 milyon dollar(!). Ən çox vergidən yayınan milyarder olub;
Nyu-Yorkun sabiq meri, məşhur Bloomberg LP şirkətinin təsisçisi Maykl Bloomberg: sərvəti 22,5 milyard dollar artıb, vergiyə bəyan etdiyi gəlir 10 milyard dollar, ödədiyi vergi - 292 milyon dollar;
Forbesin ən varlı amerikanlar siyahısında 40-cı olan Karl Aykan: vergiyə bəyan etdiyi şərti gəlir 544 milyon dollar olsa da, kredit borc öhdəlikləri səbəbindən 2016 və 2017-ci illərdə bir sent belə ödəməyib;
Əsrarəngiz Corc Soros: 2016-2018-ci illərdə heç bir vergi ödəməyib.
Hazırda həm adları qalmaqala qarışmış milyarderləri, həm də ABŞ federal hökumət orqanlarını düşündürən əsas məsələ “ProPublica”nın məxfi hesab olunan bu məlumatları vergi sistemindən necə əldə etməsidir. Federal vergi orqanları xəbərin ardından ciddi araşdırmalara başlayıb. Özlərini müdafiə etməyə bəhanələr axtaran milyarderlərdən Maykl Bloomberg isə “bu məlumatı sızdıranın kimliyini tapmaq üçün bütün hüquqi yollara baş vuracağını” bildirib.
Ağ Evin mətbuat katibi Cen Psaki KİV-ə açıqlamasında “məxfi məlumata çıxışı olan şəxsin konfidensial hökumət informasiyalarını icazəsiz açıqlamasının qeyri-qanuni və ciddi pozuntu olduğunu” qeyd edib. Psaki həm də “iri korporasiyaların və zəngin fərdlərin vergiləri ədalətli şəkildə ödəməsi üçün hələ çox iş görülməli olduğunu və prezident Baydenin bu mövqeyi tam şəkildə dəstəklədiyini” bildirib.
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
-
21 d. əvvəl
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
25 d. əvvəl
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 34 d. əvvəl
- 38 d. əvvəl
-
54 d. əvvəl
9% gəlir təklif edən dollar istiqrazları üzrə hərrac keçiriləcək - TARİX AÇIQLANDI
- 1 saat əvvəl
-
1 saat əvvəl
EBRD ötən il Azərbaycandakı layihələrə 81 milyon avro ayırıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bitcoin-in qiyməti 60 min dollara düşüb - 2 trilyon dollar silinib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
EBRD ötən il Azərbaycandakı layihələrə 81 milyon avro ayırıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Bitcoin-in qiyməti 60 min dollara düşüb - 2 trilyon dollar silinib
Rəsmi məzənnələr açıqlandı
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Yapı Kredi-nin mənfəəti 62 faiz artıb
Almaniyadan “Amazon”a 59 milyon avro cərimə
“İrana bombardmançı təyyarələrimizi göstərdik”



















