Çində idxal son 10 ildə ən yüksək həddə artıb - 51%
Siyasətdə düşmənlər, bazarda ən böyük tərəfdaşlar - ABŞ və Çin....Çində cari ilin may ayı üzrə xarici ticarət göstəriciləri açıqlanıb.
Marja xəbər verir ki, pandemiyadan sonra hələ ötən ilin axırlarından sürətlə dirçəlməyə başlayan Çin iqtisadiyyatı ən böyük qlobal idxalçı olaraq qalır. Təkcə may ayında idxal ötən ilin müvafiq dövrü ilə müqayisədə 51% artıb. Bu isə son 10 ildə bir aylıq idxalda ən yüksək göstəricidir. Qlobal əmtəə qiymətlərinin sürətlə bahalaşması idxal həcminin artımına təkan verən əsas amil olub.
Dollar ifadəsində ixrac 27,9% artıb və aprel ayının göstəricilərindən (32,3%) aşağı olub. Ticarət balansında ay ərzində müsbət saldo 45,53 milyard dollar təşkil edib. Bu, aprel ayının göstəricilərini (42,86 milyard dollar) üstələsə də, proqnozlardan (50,5 milyard dollar) aşağı olub.
Aralarında bir sıra gərginliklərin mövcudluğuna və Bayden administrasiyası tərəfindən yeni “iqtisadi-ticari savaş”ın elan olunmasına baxmayaraq, ABŞ hələ də Çinin ən böyük ticarət tərəfdaşı olaraq qalır. May ayında ABŞ-a 44,89 milyard dollar həcmində Çin malları ixrac edilib (21% artım), ABŞ-dan idxal 13,11 milyard dollara bərabər olub. Müsbət saldo 31.78 milyard dollar təşkil edib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 51 d. əvvəl
-
56 d. əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti







.jpg)





.jpg)







