Sponsorlardan çağırış: Olimpiadanı təxirə salın!
Rekord məbləğdə pul yatıran şirkətlər gəlir əldə etməyəcəklərindən narahatdır.Tokio Yay Olimpiya Oyunlarının ən böyük sponsorları Təşkilat Komitəsinə müraciət edərək, daha çox tamaşaçının iştirak etməsinə şərait yaratmaq üçün nəhəng idman tədbirini bir neçə ay təxirə salmağı xahiş ediblər.
Marja Financial Times-a istinadla xəbər verir ki, təklif bir neçə həftə öncə, Oyunları dəstəkləmək üçün 3 milyard dollardan artıq vəsait ödəmiş 47 iri yapon şirkətinin kollektiv qərarı əsasında edilib.
Bu, indiyə qədər tarixdə bir idman tədbirinə rekord məbləğdə sponsorluq yatırımıdır. Müraciətin iyulun 27-də açılışı planlaşdırılan Olimpiadanın qrafikinə təsiri ehtimalı az olsa da, yapon şirkətləri israrlıdır. “Hesab edirik ki, təklifimiz kifayət qədər məntiqlidir. Çünki sentyabr-oktyabra qədər daha çox insan peyvənd olunacaq, hava nisbətən sərinləşəcək və tamaşaçıların kütləvi şəkildə tədbirə buraxılması mümkün olacaq” - sponsorlardan birinin nümayəndəsi bildirib.
Hazırda Yaponiyada koronavirus peyvəndinin ən azı bir dozası vurulmuş şəxslərin sayı 14 milyon nəfəri keçib ki, bu da ölkə əhalisinin cəmi 11%-i deməkdir. Son rəy sorğuları yaponların 80%-dən çoxunun Olimpiya Oyunlarını təxirə salmaq və ya ümumiyyətlə ləğv etmək tərəfdarı olduğunu göstərir.
Hələ aprel ayında Yaponiya Olimpiya Komitəsi sponsorlara tamaşaçıların yarışları izləməyə buraxılmayacağını və son ana qədər bu qərarda dəyşikliyin qeyri-müəyyən olduğunu bildirmişdi. Açıqlama aralarında Yaponiyanın ən iri bankları və sənaye nəhənglərinin olduğu və qlobal idman tədbirindən xüsusi korporativ reklam və marketinq kampaniyaları üçün istifadəni hədəfləmiş sponsorları məyus etmişdi.
Yapon maliyyə nəhəngi SoftBankın təsisçisi Masayoşi Son, Rakuten elektron ticarət qrupunun baş direktoru Hiroşi Mikitani və Toyotanın rəhbəri Akio Toyoda Oyunların hazırkı şəraitdə keçirilməsinin ən böyük əleyhdarları arasındadır. “Hazırkı vəziyyət böhranın təcili idarə edilməsini tələb edir. Bircə onu bilirəm ki, biz hələ də qorxu və narazılıq dövrünün tam ortasındayıq” - Toyoda bildirib.
Yaponiya Olimpiya Komitəsi hələlik heç bir şərh verməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 19 saat əvvəl
-
-
19 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi















.jpg)





