Elektrik qatarlarında təmassız kartla ilk gediş pulsuz
®️ Ölkəmizdə ilk dəfə olaraq Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında sərnişinlərin gediş haqlarının bank kartları ilə təmassız ödənişinə başlanması münasibətilə Azərbaycan Beynəlxalq Bankı yeni kampaniya elan edib.
Kampaniya çərçivəsində 30 iyul 2021-ci il tarixinə qədər dəmir yolu nəqliyyatında Visa təmassız kartları və ödəniş üzükləri ilə ilk gediş ödənişsiz olacaq. Belə ki, keçid terminallarında Azərbaycan Beynəlxalq Bankının Visa kartları və ödəniş üzükləri ilə aparılmış ilk ödəniş tam şəkildə müştərilərə kəşbək formasında dərhal geri qaytarılacaq.
Qeyd edək ki, dəmir yollarında gediş haqlarının bank kartları ilə təmassız ödənişi layihəsi “Azərbaycan Dəmir Yolları” QSC, Visa, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı arasında 2020-ci ilin mart ayında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində icra olunur. Memorandum dəmir yollarında təmassız ödənişlərin inkişafına və ümumiyyətlə, nəqliyyat sektorunda nağdsız əməliyyatların genişləndirilməsinə yönəlmiş bir sıra tədbirləri nəzərdə tutur.
Azərbaycan Beynəlxalq Bankının təmassız kartları və ödəniş üzükləri ilə Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında ödənişlər aparmaq olar. Layihənin bu mərhələsində bu sistemdən bütün bankların təmassız ödəniş kartları vasitəsilə istifadə mümkündür.
Azərbaycan Beynəlxalq Bankının müasir, universal və faydalı məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
Ən çox oxunanlar
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















