ADA Universiteti Beynəlxalq Bankla əməkdaşlığa başladı
İyunun 2-də ADA Universiteti ilə Azərbaycan Beynəlxalq Bankı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandumu ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov imzalayıb.
Sənədin əsas məqsədlərindən biri Bankın strateji fəaliyyət istiqamətləri üzrə müxtəlif mövzulara dair elmi tədqiqatların aparılması, birgə konfrans və tədbirlərin keçirilməsi, bank əməkdaşları üçün fərqli dərəcə və ixtisasartırma proqramlarının həyata keçirilməsidir. Eləcə də ADA-nın yüksək bilik və bacarığı ilə fərqlənən məzunlarının işlə təmin edilməsi də əsas məqsədlər sırasındadır. Memoranduma əsasən, universitetin “Big Data” Mərkəzinin rezident tələbələri ilə Bankın müvafiq birgə layihələri reallaşdırılacaq. Əməkdaşlıq çərçivəsində məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi də nəzərdə tutulub.
Əməkdaşlıq çərçivəsində birgə layihə-konstruktor işlərinin aparılması, habelə elmi və elmi-texniki konfransların təşkili, məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi də nəzərdə tutulub.
Sənədi imzalayan ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə davamlı inkişafa nail olmaq üçün milli kadrların yetişdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, ADA Universiteti müasir iş mühitinin sürətlə dəyişən tələblərini nəzərə alaraq bir çox xarici universitetlərlə ikili diplom proqramları təqdim edir. Eyni zamanda iri şirkətlərlə əməkdaşlığını durmadan genişləndirir: “Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq gənclərin inkişafı üçün yeni fürsət və imkanlar təqdim edəcək. Universitetin akademik, Bankın isə praktik təcrübəsi yüksək ixtisaslı kadrların yetişdirilməsini sürətləndirəcək”, - deyə prorektor F.İsmayılzadə əlavə edib.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov isə Bankın strateji inkişaf planından bəhs edərək rəqəmsal bankçılıq, korporativ idarəetmə, davamlı və rəqabətədavamlı biznes modelinin tətbiq edilməsi üzrə əldə olunan təcrübə və nailiyyətlərə diqqət yönəldib: “Ən qabaqcıl yenilikləri ölkəmizə gətirməklə yanaşı, biz insan kapitalının dəstəkləməsinə, istedadlı insanlara inkişaf mühitinin yaradılmasına da böyük önəm veririk. Yüksək potensiala malik gəncləri işə cəlb edib onların peşəkar inkişafına kömək göstərməklə ölkəmizin iqtisadi inkişafına əlavə dəyər qazandırmağı hədəfləyirik. ADA Universiteti ilə genişlənən əməkdaşlığımız bu istiqamətdə yeni imkanlar yaradacaq”- deyə A.İbrahimov vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
8 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 10 saat əvvəl
-
11 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"



















