Kobmarket.az - Azərbaycan elektron ticarətində yeni layihə
Artıq hər bir sahibkar Kobmarket.az-da qeydiyyatdan keçərək, mallarını və xidmətlərini özünün onlayn mağazası vasitəsilə satmağa başlaya bilər.Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının son hesabatına əsasən, pandemiya dünya miqyasında internet satışların artmasına əhəmiyyətli dərəcədə təsir edərək elektron ticarətin əsl katalizatoruna çevrildi. Bu gün bir çox şirkətlər onlayn satış üçün öz platformalarını yaratmağa çalışırlar. Yeni Kobmarket.az internet platformasının təsisçiləri qarşılarına - Azərbaycanda hər bir sahibkar üçün istifadəsi mümkün ola biləcək e-ticarətin yaradılması kimi bir hədəf qoymuşdular. Artıq hər bir sahibkar Kobmarket.az-da qeydiyyatdan keçərək, mallarını və xidmətlərini özünün onlayn mağazası vasitəsilə satmağa başlaya bilər.
UĞURA APARAN İLK ADDIM
Azərbaycanda elektron ticarət sahəsində yeni innovativ layihə - Kobmarket.az ticarət platforması təqdim olunub. Layihə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), VİSA beynəlxalq ödənış şirkəti, ölkənin aparıcı korporativ bankı olan “PAŞA Bank” və layihənin operator şirkəti olan ”NABI” ilə birlikdə “Global Innovations” şirkəti tərəfindən həyata keçirilib.
Yeni platforma sayəsində sahibkar və ya hüquqi şəxs, evdən və ya ofisdən çıxmadan satışlarını elektron ticarət sisteminə qoşaraq satış bazarını genişləndirə bilər. Portaldakı qeydiyyat prosesi 3 dəqiqədən çox çəkmir, daha sonra istifadəçi məhsullarını onlayn mağazada yerləşdirib, istənilən bank kartlarından ödənişlər qəbul edərək satışa başlaya bilər. Satıcılar alınan vəsaitləri Azərbaycan banklarında açılan biznes kartlarına ala biləcəklər.
Kobmarket.az onlayn platforması, sahibkarların satışlarını artırmaq və optimallaşdırmaq üçün hazırlanmışdır. Hər mağaza üçün onlayn satışların aparılması, mağazadakı məhsullar üzrə qalıqların idarə olunması, loyallıq proqramının tətbiq edilməsi, müştərilərin təhlili və satış üzrə ətraflı hesabatların təqdim edilməsi üçün geniş elektron alətlər hazırlanıb.
Tərtibatçılar platforma vasitəsi ilə daxili bazarda elektron ticarət payınının daha da artacağına və milli məhsulların xarici bazarlara çıxmasına təkan verəcəyinə əmindirlər. Azərbaycanda 2018-2020-ci illər üçün Rəqamsal Ödənişlərin Genişləndirilməsi üzrə Dövlət Proqramı çərçivəsində, elektron ödənişlərin inkişafı üçün əlverişli mühit yaradılmışdır. Mərkəzi Bankın bəyənatlarına əsasən, 2020-ci ildə kartlar ilə nağdsız ödənişlərin həcmi tarixi bir maksimuma çatmışdır (6,4 mlrd. manat).

HAMISI BİRDƏN
Kobmarket.az layihəsi Azərbaycanda kiçik və orta biznesin inkişafına dəstək verməklə yanaşı, həm istehlakçıların, həm də məhsullarını və xidmətlərini təklif edən sahibkarların rəqəmsal transformasiyasını sürətləndirməyə yönəlib.
Eyni zamanda, sahibkarlar aşağıda göstərilən bir sıra üstünlüklər əldə edirlər:
• Mağazaların elektron qeydiyyatı və gün ərzində qoşulması;
• Kampaniyaların, reklam aksiyalarının keçirilməsi, endirim sistemindən istifadə, kuponların yaradılması tamamilə mağaza tərəfindən idarə olunur;
• Onlayn satışdan əldə edilən vəsaitlərin alınması üçün istənilən bankın biznes kartlarının əlavə olunması imkanı;
• Elektron hesabat, satış və müştərilər üzrə ətraflı statistika, məlumatları yükləmək və onlarla işləmək imkanı;
• Mağazaların reytinqi;
• Mağazalar üçün məhsulların pulsuz çatdırılması;
• Satıcı ilə alıcı arasındakı məsafə və məhsulun çəkisindən asılı olaraq, alıcılar üçün onlayn çatdırılma qiymətinin hesablanması;
• Mağazaların abunəlik əsasında fəaliyyəti, aktivləşdirməsi və abunəliyin onlayn ödənilməsi;
• Satıcılar və alıcılar üçün elektron bildirişlər;
• Alıcılarla mübahisəli məsələlərin müzakirəsi, platforma üzərindən məhsulların geri qaytarılması, vəsaitlərin onlayn formada geri qaytarılmasını təmin etmək imkanı;
• Platforma azərbaycan, rus, ingilis dillərində fəaliyyət göstərir və ən geniş alıcı auditoriyası üçün əlçatandır;
Həmçinin, NABI, Visa və PAŞA Bank arasındakı əməkdaşlıq çərçivəsində ilk 3 ay ərzində sahibkarlara aşağıdakı imkanlar təqdim olunur:
• Platformaya pulsuz qoşulma:
• “Paşa Bank”dan Visa Business və Visa Platinum Business kartlarını pulsuz əldə etmək
• Bütün onlayn satışlarda 0% bank komissiyası

TƏHLÜKƏSİLİK HƏR ŞEYDƏN ÖNCƏDİR
Kobmarket.az layihəsinin operatoru, platformanın əməliyyat işini təmin edəcək, eyni zamanda məhsulların satışını və çatdırılması proseslərinə nəzarət edəcək NABİ şirkəti - çıxış edir.
KOBİA ilə əməkdaşlıq çərçivəsində platforma, orta və kiçik biznes sahibkarlarını dəstəkləmək və xidmətlərini rəqəmsallaşdırmaq üçün texniki və biznes imkanlarını genişləndirəcək. Gələcəkdə satıcılar arasında malların və xidmətlərin alınması prosesinin tətbiqi və platformanın B2C-dən B2B-yə qədər genişləndirilməsi planlaşdırılır.
Alıcılar tərəfindən onlayn ödəmə xidmətləri, eləcə də satıcıların bank hesablarına edilən ödənişlər, PAŞA Bank-ın ekvayer hostu ilə tam inteqrasiya olunmuş Epoint.az ödəniş aqreqatoru vasitəsi ilə təqdim olunur və xüsusi ayrılmış, təhlükəsiz API ilə Kobmarket.az platformasına qoşulma imkanını verir. Epoint.az - "Global İnnovations" şirkətinin məhsuludur.
Malların çatdırılması Kobmarket.az platformasına tam inteqrasiya olunmuş sistemi ilə "Runner" şirkəti tərəfindən həyata keçiriləcəkdir Bu, alıcılara və satıcılara məhsulun çatdırılması prosesini onlayn izləməyə imkan verir.
Ölkədə nağdsız ödənişlərin artırılması proqramı çərçivəsində, beynəlxalq ödəniş şirkəti olan Visa və PAŞA Bank layihəni dəstəkləyərək, sahibkarların elektron ticarət platformasına qoşulması üçün əlverişli imkanlar yaratdılar.
Platformanın və ödənişlərin təhlükəsizliyi 3D Secure təhlükəsizlik standartlarına (Visa Secure və MasterCard SecureCode) və EV SSL (GeoTrust) sertifikatlarına uyğun olaraq təmin edilir.
Azərbaycanda texnoloji həllərin hazırlanması və təmin edilməsi sahəsində çalışan Global Innovations şirkəti, bununla kifayətlənmək fikrində deyil. Azərbaycanda kiçik və orta biznesi dəstəkləmək üçün əlavə innovativ alətlər hazırlanaraq, Kobmarket.az platformasının imkanlarını genişləndirmək planlaşdırılır.
Rəsmi sayt - https://kobmarket.az/
Email: - [email protected]
Əlaqə nömrəsi – 070 242 99 66
Facebook - https://www.facebook.com/ kobmarket.az/
Instagram - https://www.instagram.com/kobmarket.az/
Müştərilərin xəbərləri
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 30 d. əvvəl
-
36 d. əvvəl
Azərbaycan Banklar Assosiasiyası və Koreya Banklar Federasiyası Memorandum imzaladı
-
47 d. əvvəl
Azərbaycana turist axını ərəb və MDB ölkələrindən gələnlərin sayı ilə əlaqədar olaraq azalıb
-
48 d. əvvəl
Sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum tutulacaq
- 57 d. əvvəl
-
1 saat əvvəl
AccessBank və Neurotime süni intellekt sahəsində tədris təşəbbüsünə start verdilər
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
“Azərsun Holdinq” “PeterFood” sərgisində iştirak edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
Ən çox oxunanlar
Bolt sürücüsüz dövrə başlayır
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
5 BOKT-un illik vergiyəqədərki mənfəəti 6 milyon manatdan az deyil
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
Bankda "Qara cümə" kampaniyası
"İnvestor portalının mobil tətbiqinin hazırlanmasını hədəfləyirik"
"Qazaxıstan Dəmir Yolu": Azərbaycanla yük daşımaları kəskin artıb




















.jpg)

.jpg)



