“PAŞA Bank” 5.000 pərakəndə satış məntəqəsinə “Tacir” kartları təqdim edib
®️Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” Azərbaycanda nağdsız ödənişlərin təşviqinə öz töhfəsini verməyə davam edir.
Belə ki, “PAŞA Bank” və qeyri-neft sektorunun ən iri vergi ödəyicilərindən biri “Tabaterra” QSC-nin müştərək səyləri nəticəsində 5.000-dən artıq pərakəndə satış məntəqəsinə geniş funksionallığa malik ödəniş aləti olan “Tacir” kart məhsulu təqdim olunub. Bununla da sahibkarlar biznes fəaliyyəti ilə bağlı bütün xərcləri optimallaşdırmaqla yanaşı, həm də ödənişləri nağdsız şəkildə daha çevik və şəffaf formada həyata keçirmək imkanı qazanıb. Bu məhsul sahibkarlara əsas və ƏDV ödənişini kart vasitəsilə, banka gəlmədən, yerindəcə yerinə yetirməyə imkan verir.
Korporativ Bankçılıq departamentinin direktoru Fərid Quliyevin sözlərinə görə, bu layihə real sektorun dəstəkçisi olan “PAŞA Bank” tərəfindən müştərilərin bizneslərinin dayanıqlı inkişafını təmin etmək və ümumilikdə biznes proseslərini asanlaşdırmaq üçün irəli sürülən təşəbbüslərdən biridir.
“Bu kart məhsulu ticari proseslərin iştirakçısı olan tərəflər arasında biznes əlaqələrinin genişlənməsini təmin edir. Bu zaman sövdələşmə proseslərini daha asan və çevik, ən əsası isə nağdsız şəkildə və ödənişlərin təhlükəsizliyini qorumaqla həyata keçirmək mümkün olur”, - deyə F.Quliyev bildirib.
Qeyd edək ki, “Tacir” kart, Azərbaycanda və dünyanın 200-dək ölkəsində ticarət və xidmət müəssisələrində, həmçinin internet şəbəkəsində nağdsız ödənişlər etmək imkanı verir. Biz, qurulmuş infrastrukturun ölkə miqyasında mövcudluğunu nəzərə alaraq bütün topdan satış fəaliyyəti ilə məşğul olan şirkətləri ticari əməliyyatlarını nağdsız formada apara bilməsi üçün bu məhsuldan yararlanmağa dəvət edirik.
“PAŞA Bank”ın “Tacir” kart və KOS-lar üçün təqdim etdiyi digər əlverişli kart məhsulları haqqında ətraflı məlumat almaq üçün bu keçiddən istifadə edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
Ən çox oxunanlar
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















