Evlər təmir olunur, avadanlıqlarla təmin edilir - TURİZMDƏ YENİ LAYİHƏ
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sifarişi və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən icra olunan “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti - kənd qonaq evi istifadəyə verilib.
KOBİA-nın yaydığı məlumatda bildirilir ki, yerli və xarici turistlərə qonaqlama xidməti göstərəcək kənd qonaq evləri İsmayıllı rayonunun Buynuz, Xanəgah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində və Lahıc qəsəbəsində yerləşir.
KOBİA-nın dəstəyi ilə kənd qonaq evləri əsaslı şəkildə təmir edilib və onların sahiblərinin turizm və xidmət sahələrində bilik və bacarıqlara yiyələnməsi üçün silsilə təlimlər təşkil olunub. Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində qonaq evləri müvafiq avadanlıqlarla (divan və kreslo, stol və stul, yataq dəstləri, qarderob, soyuducu, kondisoner, televizor, mikrodalğalı soba, tozsoran, mətbəx ləvazimatları və s.) təmin olunub.
Kənd qonaq evlərinin istifadəyə verilməsi ilə əlaqədar İsmayıllı rayonunun Buynuz kəndində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, eləcə də bir sıra dövlət qurumlarının və müxtəlif QHT-lərin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbir iştirakçıları kənd qonaq evləri ilə tanış olub, onlara layihə çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin məqsədi regionlarda sahibkarlığın təşviq olunması və özünüməşğulluğun təmin edilməsi ilə əhalinin rifah halının yaxşılaşdırılmasına dəstək olmaqdır. Layihənin icrasına 2020-ci ilin sentyabr ayından başlanılıb. Layihənin iştirakçısı olan kənd sakinləri sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən və ya özünü bu sahədə inkişaf etdirmək istəyən şəxslərdir. İştirakçıların seçimi zamanı sosial həssas qrupa aid şəxslərə üstünlük verilib. Layihənin digər üstünlüyü turizm sahəsində 15 mikro sahibkarlıq subyektinin yaradılmasına nail olunmasıdır.
Tədbir çərçivəsində həmçinin, İsmayıllı rayonuna məxsus ənənəvi fəaliyyət sahələrinə dair stendlər nümayiş olunub.
Layihəyə qoşulmuş kənd sakinləri qonaq evlərinin yaradılmasının onların gəlirlərinin artmasında və məşğulluqlarının təmin edilməsində, rayonda sahibkarlığın inkişafında əhəmiyyətli olacağını qeyd edib, dəstəyə görə təşəkkür ediblər.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 5 saat sonra
-
- 41 d. əvvəl
-
49 d. əvvəl
Milli Depozit Mərkəzinin sədri “Bank of New York Mellon”un rəsmiləri ilə görüşüb
-
54 d. əvvəl
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
-
1 saat əvvəl
Yaşı 60-dan çox olanların əmək müqaviləsinə xitam verilməsi qadağan oluna bilər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qlobal smartfon bazarının bu il təxminən 13 faiz kiçiləcəyi gözlənilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Expressbankdan ilk dəfə kredit götürənlərə XÜSUSİ TƏKLİF
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
"BakuBus" tezliklə Naxçıvan şəhərində fəaliyyətə başlayacaq
bp-yə yeni vitse-prezident təyin olundu
Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib
Azərbaycan neftinin son qiyməti
İctimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə güzəştlərin tətbiq olunması təklif edilir
Rəsmi məzənnələr açıqlandı
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib



















