İri müəssisələr hərraca çıxarılır
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 iyun 2017-ci il tarixində keçiriləcək yeni hərrac elan edilib. Hərraca ümumilikdə 88 əmlak çıxarılıb. Bunlardan 20-si səhmdar cəmiyyəti, 40-ı kiçik dövlət müəssisə və obyekti, 28-i istifadəsiz qeyri-yaşayış sahəsidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklardan bəziləri paytaxtın Xəzər, Sabunçu, Səbail rayonlarında, qalanları isə Qazax, Tovuz, Gəncə, Şəmkir, Masallı və digər bölgəlrədə yerləşir.
Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb. Hərracda yüksək start qiyməti ilə seçilən əmlak İmişli rayonunda yerləşən “Yardımçı Təsərrüfat”dır. Adı çəkilən əmlak 450 min manata təklif olunur. Bu əmlakın ümumi faydalı sahəsi 533 kv.m, torpaq sahəsi isə 190 min kv.m-ə yaxındır. Bundan başqa “Şəmkir yun tədarükü məntəqəsi” də torpaq sahəsi və ilkin start qiymətinə görə fərqlənir. Beləki, 63 min kv.m-ə yaxın olan əmlakın ilkin start qiyməti 350 min manatdır.
İstifadəsiz qeyri-yaşayış sahələrinin isə 23-ü Bakıda, 1- i Kürdəmirdə, 3-ü Gəncədə, 1-i Ağstafada yerləşir. Bu kateqoriyaya aid edilən əmlakların ümumi faydalı sahəsi 17 kv.m-lə 242 kv.m arasında dəyişir.
Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında “Azinterservis”, “Oğuz Kəndkimya”, “Kürdəmir Quşçuluq”, “Tərtər Konserv” kimi müəssisələr var.
Hərrac özündə şəffaflıq, rahatlıq, operativlik kimi prinsipləri cəmləşdirir. Belə ki, istənilən şəxsin prosesdə iştirak etməsi şəffaflığı, iştirak etmək üçün prosesin olduqca az olması rahatlığı, qalib olan şəxsə əmlakları ilə bağlı çıxarışın verilməsi isə operativliyi təmin edir.
Xatırladaq ki, vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Qeyd edək ki, hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
1 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
-
- 1 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
4 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
5 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 6 saat əvvəl
-
6 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
6 saat əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
Ən çox oxunanlar
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb


















.jpg)



