Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb
Azərbaycan Respublikası Maliyyə Nazirliyində “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılıb.
Maliyyə Nazirliyinin yaydığı məlumata görə, həmin sistemə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi” və Dövlət Gömrük Komitəsinin “Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi” inteqrasiya olunaraq müvafiq məlumatlara çıxış imkanı təmin edilib.
İnteqrə edilmiş “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”na uyğun olaraq hazırlanıb.
Yeni sistem vasitəsilə ötürüləcək bəyannamə məlumatları güzəşt tətbiq olunan vergi və gömrük rüsumlarının hər bir növü üzrə qanunvericilik əsası, mülkiyyət, iqtisadi fəaliyyət, neft və qeyri-neft sektoru parametrləri baxımından dövlət büdcəsinə güzəştlərin tətbiqi nəticəsində mədaxil olunmayan vəsaitlərin hesablanmasına, nəticə etibarı ilə faktiki büdcə itkilərinin müəyyən edilməsinə imkan yaradır. Sözügedən sistem eyni zamanda, ortamüddətli dövr üçün həmin güzəştlərin tətbiqinin dövlət büdcəsinin gəlirlərinə təsirlərinin proqnozlaşdırılmasını da təmin edəcək.
Bundan başqa, dövlət orqanları, publik hüquqi şəxslər və biznes assosiasiyaları 01 iyun 2021-ci il tarixindən etibarən onları təmsil edən səlahiyyətli şəxslər vasitəsilə Sistemdə yaradılmış “Vergi və gömrük güzəştlərinə dair müraciət” (https://e-azadolma.maliyye.gov.az/personal-account) bölməsində elektron imza ilə qeydiyyatdan keçərək, vergi və gömrük sahəsində güzəştlərlə bağlı qanunvericiliyə dəyişikliklərə dair təkliflərini və güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsi üçün zəruri olan məlumatları təqdim edə biləcəklər. Belə ki, sözügedən Qaydalara əsasən təkliflərin qiymətləndirilməsi və onlardan səmərəliliyi yüksək olanların növbəti vergi siyasəti təşəbbüsləri çərçivəsində istifadə edilir.
Növbəti mərhələdə Sistemin fəaliyyətinin daha da təkmilləşdirilməsi və “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq qüvvədə olan və ya təklif olunan vergi və gömrük güzəşt və azadolmalarının büdcə ilə yanaşı iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
11 d. əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
2 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
2 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 2 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb


















