Marcom şirkəti Marsol klubuna partnyor seçildi
Azərbaycanın marketinq və kommunikasiyalar şirkəti Marcom, ölkədə 300-dən çox müxtəlif fəaliyyət istiqamətli şirkətlərin partnyor olduğu Marsol sahibkarlar klubuna partnyor seçildi.
Marsol MMC şirkətinin direktoru Tural Mustafayev Marcomla əməkdaşlığın klub və onun partnyorları üçün faydalı olacağını söylədi.
“Marcom şirkətinin kluba qatılmağının bir çox partnyorlarımız üçün faydalı olacağını hesab edirəm. Şirkətin öz sahəsi üzrə bazar iştirakçılarını ciddi şəkildə maarifləndirməsi bizim klubun ümumi strategiyası ilə uyğunluq təşkil edir. Marcom nümayəndələrinin ilk görüşdə partnyorlarımızın yaranan suallarını dolğun cavablandırması bizim doğru seçim etdiyimizi bir daha təsdiqlədi. İnanıram ki, əməkdaşlığımız həm klub partnyorları, həm də klubun inkişafı baxımından faydalı olacaqdır. “
Marcom şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev kluba partnyor olmalarını şirkətin fəaliyyətində yeni mərhələ kimi qiymətləndirdi.
“Ölkədə bu kimi sahibkarlıq klubunun olması bizim üçün sevindirici haldır. Şadam ki, Marsol rəhbərliyi sahibkarlığın inkişafına və bu istiqamətdə əlaqələrin genişləndirilməsinə vasitəçi olur. Bu bizə kluba partnyor olan şirkətləri marketinqin müxtəlif sahələri üzrə maarifləndirməyə və onların daha sürətli inkişafına dəstək olmağa imkan yaradacaq. Hal-hazırda tərəflərarası əməkdaşlığın genişləndirilməsi istiqamətində tərəfimizdən təkliflər paketi hazırlanmışdır. Yaxın zamanda bu təkliflərin müzakirəsinə başlamağı düşünürük.”
Qeyd edək ki, Marcom şirkəti həmçinin Azərbaycanda Avropa İnkişaf və Yenidənqurma bankının da marketinq üzrə məsləhətçisidir. Şirkət, həmçinin Gürcüstan bazarında Marcom Georgia adı altında da fəaliyyət göstərməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
13 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























