BP-dən son bir ilin ən yaxşı göstəricisi : 2,6 milyard dollar
Xalis mənfəət 22 dəfə artıb, borclar 5,6 milyard dollar azalıb, üstəlik 1,7 milyard dollarlıq sərbəst pul vəsaiti yaranıb.Böyük Britaniyanın enerji nəhəngi, dünyanın ən böyük yeddi neft və qaz şirkətindən biri, Azərbaycan iqtisadiyyatında xüsusi çəkiyə malik British Petroleum (BP) da bir sıra iri şirkətlər kimi 2021-ci ilin birinci rübünün nəticələrini açıqlayıb.
Marja şirkət rəsmilərinə istinadən xəbər verir ki, analitiklərin gözlədiyi 1,4 milyard dollarlıq göstərici ilə müqayisədə şirkətin ümumi mənfəəti 4,7 milyard dollara çatıb (ötən ilin son rübü ümumi mənfəət 1,4 milyard dollar idi).
2020-ci ilin dördüncü rübündəki cəmi 115 milyon dollarlıq xalis mənfəətlə müqayisədə cari ilin birinci rübü kifayət qədər ürəkaçan olub. 22 dəfədən çox artan göstərici 2,6 milyard dollar təşkil edib.
BP cari rübdə 5,6 milyard dollar borc ödəyərək, ümumi borclarının aşağı həddinə (35 milyard dollar) dair qoyduğu hədəfi artıqlaması ilə yerinə yetirib. Cari il martın sonuna şirkətin borc portfeli 33,3 milyard dollar təşkil edir.
“Bütövlükdə 2021-ci ilin ilk 3 ayı şirkətimiz üçün olduqca güclü və müsbət rüb olmuşdur” - BP Baş direktoru Bernard Luuney bildirib. “Bütün dünya və şirkət üçün son bir il qeyri-müəyyənlik və əminsizlik dövrü kimi yadda qalıb. Əlbəttə ki, həddən artıq çoxlu suallar yaranmışdı, lakin fikrimcə, bugünkü nəticələr həmin sualların bir çoxuna aydın cavab verir”.
Ümumi mənfəəətin 2,3 milyard dolları qaz və aşağı karbonlu enerji hasilatı və satışından, 1,6 milyard dolları neft hasilatı və müvafiq əməliyyatlardan, 700 milyon dolları müştəri və məhsullarla bağlı fəaliyyətlərdən, 400 milyon dolları Rosneftdə malik olduğu 19,75% paya görə dividendlərdən əldə edilib. Şirkətin 2021-ci ilin ikinci rübü üçün əsas hədəfləri bunlardır:
- Birinci rübün yekunlarına əsasən əldə olunmuş 1,7 milyardlıq sərbəst pul vəsaitlərindən 1,2 milyard dollar hissəsini 11 il öncə Meksika körfəzində baş vermiş texnogen qəzaya (Deepwater Horizon qazma qurğusunun partlaması, 11 nəfər işçinin ölümü və milyonlarla barrel neftin 87 gen ərzində körfəzə dağılması) görə kompensasiya və cərimə ödənişlərinə yönəltmək;
- Qalan 500 milyon dollarlıq vəsaitdən 60%-ni səhmlərin geri alınması üçün ayırmaq, 40%-ni isə şirkətin mövqeyini və kredit reytinqini investisiya səviyyəsində saxlamaq üçün xərcləmək;
- Enerji daşıyıcılarının qiymətinin sabitliyi və artmağa meylliliyi əsasında dividendlərin artırılması siyasətini davam etdirmək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
9 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
10 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ







.jpg)
















.jpg)