Havanın temperaturu daha da yüksələcək
Havanın temperaturu 30 dərəcəyə yüksələcək.Aprelin 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, aprelin 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 19-24, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Aprelin 20-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 20-də Abşeron yarımadasında yaz havası gözlənilir ki, bu da əksər insanlar üçün əlverişlidir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
- 31 d. əvvəl
-
40 d. əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
53 d. əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
55 d. əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 58 d. əvvəl
- 8 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
13 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Ən çox oxunanlar
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb






















