“Əjdaha” artıq Bakıdadır - ƏN BAHALI NOUTBUK
(®️) 13.01.2021-ci il tarixində 35 illik yubileyini qeydə edən Tayvan şirkəti MSI (www.msi.com) yeni noutbuk modellərinin, o cümlədən GE76 Dragon Edition Tiamat modelinin onlayn təqdimatını keçirib.
Qədim mifoloji motivlər unikal və eksklüziv dizayna malik GE76 Dragon Edition Tiamat modelinin əsasını təşkil edir. Ümumiyyətlə, MSI markalı oyun noutbukları müasir texnologiyalar, keyfiyyət və performansına görə hər zaman dünyada kompüter oyun həvəskarları arasında yüksək qiymətləndirilir. Bu modellə bağlı isə elə təqdimatın ilk günlərindən oyunçular arasında və ictimaiyyətdə çox böyük maraq və həyəcan var idi.
Bu eksklüziv modelin dizaynı sadəcə möhtəşəmdir, qədim Tiamat ilahəsindən ruhlanaraq dizaynerlər noutbukun bütün üst qapağı və korpusunda həmin ilahənin müxtəlif rəsmlərini, həmin mifologiya ilə bağlı elementləri xüsusi oymalarla lazer işləmələrlə hazırlamışlar. Modelin məhz Dragon Tiamat adlandırılması heç də təsadüfi deyildir. Qədim Mesopatamiyada Tanrıların anası sayılan Tiamat həyatın başlanğıcı, bəşəriyyətin mövcudluğu, güc və qüdrət simvolu hesab olunurdu. Modeli belə adlandırmaqla MSI oyun noutbuklarında yeni bir səhifənin, dövrün başlandığına işarət edir. Tiamat ilahəsindən ilhamlanan MSI GE76 Dragon Edition tək unikal dizaynı ilə deyil, həm də yüksək texniki parametrlərinə görə öz sələflərindən fərqlənir. Tiamat modeli güclü Intel Core i9 prosessor, 64GB RAM, 2TB SSD və ən yeni 16GB NVIDIA GEFORCE RTX3080 videokart ilə təchiz olunub ki, bu da sözsüz “KOMPÜTER OYUNLARINDA YENİ DÖVRÜN BAŞLANĞICI” deməkdir.
Sevindirici haldır ki, “Aztech” şirkəti MSI-ın Azərbaycandakı rəsmi partnyoru olaraq, həmin modeli sifariş etməyə müvəffəq olmuşdur. Möhtəşəm Tiamat modeli əslində çox məhdud sayda, dünyada cəmi 150 ədəd buraxılmışdır. Rusiya, Türkiyə, Orta Asiya və Ərəb Əmirlikləri kimi bazarlarda bu eksklüziv model hələ də satışda yoxdur, amma “Aztech” şirkətinin nüfuzu və səyləri nəticəsində ölkəmiz üçün xüsusi olaraq sifariş olunmuş bu model artıq Bakıdadır və satışa çıxarılmışdır. Modellə ətraflı tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz: https://aztech.az/product/2021-msi-ge76-dragon-tiamat-10uh-623az/
23 il kompüter avadanlığı bazarında uğurlu fəaliyyət göstərən “Aztech” şirkəti bugün ASUS, LENOVO, MSI kimi kompüter brendləri rəsmi təmsil edir. 2019-cu ilin sonunda şirkət MDB məkanında bizdən öncə ancaq Rusiyada fəaliyyət göstərən rəsmi “ASUS BRAND STORE” mağazasının qapılarını müştərilərinə açdı. Məhz “Aztech” hər zövqə və büdcəyə uyğun ən son, ən yeni modelləri hər zaman bazara təqdim edərək, alıcıları sevindirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























