Böyük Britaniyanın keçmiş baş naziri həbs təhlükəsi ilə üz-üzə
Araşdırmalar təsdiqini tapsa, bir zamanların məşhur adı “Devid Kameron” ingilis siyasətində rüşvət və fırıldaqçılıqla yanaşı hallanacaq.Böyük Britaniyanın baş naziri Boris Conson keçmiş sələfi və partiyadaşı Devid Kameron haqqında Greensill skandalı ilə əlaqədar müstəqil təhqiqat başlanmasına dair göstəriş verib. Marja xəbər verir ki, bu presedent Britaniya tarixində bir ilkdir.
Kameron ötən ay iflas edən maliyyə şirkəti Greensill Capitalın xeyrinə bir sıra Biritaniya rəsmiləri ilə münasibətlərdə lobbiçilik etməkdə, o cümlədən şirkətin adından Xəzinədarlıq naziri Rişi Şunakla danışıqlar aparmaqda, səhiyyə naziri Matt Hankok və digər rəsmilərlə dəfələrlə yemək süfrəsi arxasında görüşlər keçirərək, Greensilli İngiltərə Bankının COVID Korporativ Maliyyələşdirmə Xəttinə qoşmaq üçün keçmiş həmkarlarına təzyiq göstərməkdə və 200 milyon funt-sterlinqdən artıq maliyyələşmə ayrılmasına köməklik etməkdə təqsirləndirilir.
Araşdırmaya İngiltərənin ən qədim hüquq şirkətlərindən birinin - Slaughter and May-ın keçmiş partnyoru və Britaniya hökumətinin Biznes, Enerji və Sənaye Strategiyası Departamentinin Yardımçı Direktoru Nigel Boardman rəhbərlik edəcək. Təhqiqatın nəticələrinin iyunun sonunda açıqlanacağı gözlənilir.
Devid Kameronun sözçüsü keçmiş baş nazirin araşdırmanı dəstəklədiyini və “iştirak etməkdən məmnun olacağını” açıqlayıb. Müxalifətçi Leyboristlər Partiyası hazırda hakimiyyət olan Mühafizəkarları tənqid edərək, “öz keçmiş həmkarlarının cinayətlərini ört-basdır etmək cəhdlərinə görə qınadığını” bildirib.
2007-ci ildən 2010-cu ilə qədər Britaniyanın baş naziri olmuş Qordon Braun isə səlahiyyət müddəti bitmiş baş nazirlərə 5 il müddətində lobbiçilik fəaliyyəti ilə məşğul olmağın qadağan edilməsi təklifi ilə çıxış edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 17 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















