ABŞ Rusiyanı Qarabağ münaqişəsini alovlandırmaqda günahlandırdı
"Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etmək əvəzinə onu saxlamağa can ata bilər".
Bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent Vaşinqtonda yerləşən Türk İrsi QHT-nin ev sahibliyi etdiyi bir vebinarda çıxış edərkən bildirib.
"Rusiya sülhməramlılarının uzun müddət Dağlıq Qarabağda qalması ilə əlaqədar Azərbaycan hakimiyyətinin narazılığının artacağını gözləyirəm",-deyə o qeyd edib.
Eyni zamanda, Kent Dağlıq Qarabağdakı mövcud vəziyyəti xarakterizə edərək Rusiyanı münaqişəni uzatmaqda günahlandırıb.
Gürcüstan Xarici İşlər Nazirliyinin adı açıqlanmayan rəsmisindən sitat gətirən Kent "Gürcüstan xarici işlər nazirinin müavinlərindən biri noyabr ayında dedi: "Bu, 1998-ci ildə olduğumuz vəziyyətdir. Sonra Azərbaycan özünü 2008-ci ildə bizim olduğumuz vəziyyətdə tapacaq. Daha sonra da indi olduğumuz vəziyyətdə", - deyə qeyd edib.
"Bu, Rusiyanın Qarabağ problemini öz mənafeyi naminə necə manipulyasiya etməsinə, faktiki olaraq problemi həll etmək niyyətində olmamasına və Ermənistanla Azərbaycanın irəliləməsinə imkan verməməsinə dair kifayət qədər pessimist, lakin bəlkə də real qiymətləndirmədir",-deyə Kent əlavə edib.
Dövlət Departamentinin rəsmisi, ABŞ-ın Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasını təqdir etdiyini bildirib: "Hamımız keçən noyabr ayında, Putin atəşkəs şərtlərini irəli sürdüyü zaman döyüşlərin dayandırılmasını alqışlayırıq".
Amerikalı diplomatın fikrincə, təhlükəsizlik baxımından böyük bir problem qalır. "Dağlıq Qarabağ münaqişəsinə necə yanaşmaq olar ki, bu, iki ölkənin son statusla bağlı yekun razılığa gəlməsinə imkan versin... Azərbaycan müharibədə qalib kimi qəbul edilə bilər. Lakin bu, böhranın həllinə gətirib çıxarmır. Necə ki, Ermənistan ilk müharibəni dörddə bir əsr əvvəl qazanmışdı",-deyə Kent qeyd edib.
"Başqa bir açıq sual Rusiyanın niyyətidir. Rusiya atəşkəs razılığına Minsk Qrupu həmsədrlərinin mexanizmi ilə deyil, birbaşa və üçtərəfli formatda nail olmaq qərarına gəldi", - ABŞ diplomatı hesab edir.
Kent Bakı və İrəvanın bu məsələdə maraqlı olduqları təqdirdə, ABŞ-ın Azərbaycan və Ermənistana münaqişənin həllində kömək etməyə hazır olduğunu vurğulayıb: "Ermənistan və Azərbaycan sülh yolu ilə nizamlamaya və Minsk Qrupu həmsədrləri prosesinin səlahiyyətlərindən istifadə etməyə nə dərəcədə sadiqdirsə, ABŞ iki ölkəyə irəliləyiş yolunu tapmağa kömək etməyə o qədər hazır olar".
Bundan əlavə, Kent bu prosesin potensial olaraq digər əlverişli imkanlar açacağını, o cümlədən Ermənistan və Türkiyə münasibətlərinin gələcəyində istiləşməsinə səbəb olacağını proqnozlaşdırıb.
©️ Qafqazinfo
Müştərilərin xəbərləri
Azercell “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində yeni sosial layihəsini təqdim edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
5 saat əvvəl
Əli Hacızadə “BEST OF CITY AWARDS 2025”də “İlin PR Mütəxəssisi” seçildi
-
7 saat əvvəl
SOCAR-ın prezidenti “ITOCHU”nun direktoru ilə görüşüb, əməkdaşlıq imkanları nəzərdən keçirilib
-
8 saat əvvəl
Mikayıl Cabbarov Pakistanda görüşlər keçirib, müzakirələr aparıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır
-
8 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
İllik faiz dərəcəsinə 3%-dək endirim – EXPRESSBANK
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
BOKT istiqraz buraxışılı yolu ilə 2 milyon manat cəlb edir
Bank Babək prospektində filialını açdı
Xalq Bank qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Alibaba-nın gəlirləri süni intellekt və bulud texnologiyasının təsiri ilə proqnozları üstələyib
Avropada Tesla-nın satışı 10 aydır azalır, bazar payını itirir - 50 FAİZƏ YAXIN GERİLƏMƏ
Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır
Dövlət Vergi Xidmətinin Aparatının strukturuna daxil olan bölmələrin sayı artırılıb




















.jpg)




