Dövlət əmlaklarının icarəyə verilməsi ilə bağlı növbəti müsabiqə
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə edilməsi ilə bağlı tədbirlər görülür. Dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin hüquqi əsas olmadan istifadəsinin qarşısının alınması, bağlanmış icarə müqavilələrinin şərtlərinə əməl edilməsi, eləcə də dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmaların artırılması istiqamətində işlərini təkmilləşdirir.
Bu məqsədlə komitə qeyri-yaşayış sahələrinin müsabiqə vasitəsi ilə icarəyə verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elan edilən növbəti belə müsabiqəyə 5 qeyri-yaşayış sahəsi çıxarılıb. Həmin əmlaklar Bakının Nərimanov rayonunda, regionlarda isə müvafiq olaraq Ağsuda, Zərdabda, İmişlidə və Beyləqanda yerləşir. İcarəyə verilən əmlakların sahələri 6 kv.m ilə 59 kv.m arasında dəyişir. Obyektlərin vəziyyəti istifadəyə tam yararlıdır. Əmlaklar ictimai iaşə, xidmət və digər iqtisadi sahədə fəaliyyət göstərilməsi üçün əlverişlidir. Müsabiqəyə çıxarılan obyektlər arasında ən aşağı icarə haqqı 7 manat təşkil edir. Belə obyektlər bir neçə mərtəbəli binanın 2-ci, 3-cü, 4cü mərtəbələrində yerləşir. Bu isə sifarişçilərdə seçim imkanını artırır.
Bu müsabiqənin bir sıra üstünlükləri mövcuddur. Bunlardan biri müsabiqəyə çıxarılan obyektlərin sahibləri üçün gəlir mənbəyinə çevrilə bilməsidir. Eyni zamanda həmin obyektlərin fəaliyyətinin bərpası yeni iş yerlərinin açılmasına şərait yaradır.
Müsabiqəyə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan istənilən şəxs qoşula bilər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş sifarişçiyə üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək üçün sifarişçilər ərizə, komitənin bank hesabına obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi miqdarında behin köçürülməsini təsdiq edən qəbz verməlidir. Ancaq qalib olmuyan şəxslərin behi isə müsabiqənin başa çatdığı gündən 10 təqvim günü ərzində onlara qaytarılır. Sifarişçi hüquqi şəxs olduqda ərizədə çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətini, təsis müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surəti, fiziki şəxs olduqda isə şəxsiyyət vəsiqəsinin sürətini, sahibkarlıq fəaliyyəti haqqında məlumatı təqdim etməlidir. Sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildikdə isə həmin nümayəndə sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd tələb olunur.
Bundan başqa sifarişçilər qarşısında bir sıra şərtlər də qoyulur. Onlar icarəyə verilən obyektin hazırki təyinatı üzrə istifadə edilməsini təmin etməli, əmlakın ərazisində yerləşən müəssisənin fəaliyyətinə maneçilik yaratmamalı, birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirməməlidir. Eyni zamanda sifarişçilər icarəyə verilən obyektin yerləşdiyi binanın xarici görünüşünü də qoruyub saxlamalıdırlar.
Qaliblər isə müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 20 gün müddətində icarə müqaviləsinin imzalamalı, icarə müqaviləsində göstərilən müddətdə və məbləğdə icarə haqqının dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməlidir.
İcarəyə çıxarılan əmlaklarla yaxından tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
2 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
4 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
5 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 6 saat əvvəl
-
6 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
6 saat əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
Ən çox oxunanlar
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
















.jpg)




