BP-də işləyən Azərbaycan vətəndaşları azalıb
2017-ci ilin Birinci rübün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2785 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Bu barədə “Marja”ya BP-dən bildirilib.
Qeyd edək ki, 2016-cı ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 817 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxil idi. Beləliklə, birinci rübdə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 32 nəfər azalıb.
“Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir”,- Şirkətdən bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
13 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 13 saat əvvəl
-
15 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
15 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
15 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
16 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
16 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
Ən çox oxunanlar
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb






























