Hyatt mehmanxanasında Gigiyena və Sağlamlıq Təhlükəsizliyi Meneceri vəzifəsi yaradılıb
Menecer təmizlik və gigiyena protokollarına nəzarət edərək və əməkdaşlara bu sahədə təlimlər keçir, qonaqlarımızın və həmkarlarımızın sağlamlığını və təhlükəsizliyini təmin olunmasına nəzarət edir.
(®) Dünyada, o cümlədən Azərbaycanda pandemiyanın turizm və qonaqpərvərlik sənayesinə mənfi təsir edərək, istirahət və işgüzar səyahətlərin ümumi həcmini tənəzzülünə uğratmasına baxmayaraq, Hyatt Regency mehmanxanası fəaliyyətini bu qeyri-adi dövrdə fasiləsiz olaraq davam etdirir.
Yaranan yeni reallıqlar hər zaman prioritet hesab edilən sağlamlıq, sanitariya və gigiyena standartlarının daha da təkminləşdirilməsinə böyük təkan verdi. Hyatt mehmanxanasının rəhbərliyi Azərbaycan Respublikasının müvafiq qurumlarını, o cümlədən Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyini pandemiyanın yayılması ilə mübarizədə tam dəstəkləyir və daim qonaqpərvərlik müəssisəsi olaraq, müvafiq qayda və prosedurlarını yeni vəziyyətə uyğunlaşdırır.
Bu prosedurlara mehmanxanaya daxil olan qonaqların və işçilərin hərarətinin yoxlanılması, otaqların, iaşə obyektlərinin və digər ictimai və işçilər üçün nəzərdə tutulan məkanların mütəmadi dezinfeksiyası, sosial məsafənin saxlanılması, əməkdaşların maska, əlcək və digər zəruri avadanlıqla təhciz edilməsi daxildir.
Şirkətin “Qlobal Qayğı və Təmizlik” öhdəliyində öz əksini tapmış, gigyena, təmizlik və təhlükəsizlik protokolları, Hyatt Regency Baku daxil olmaqla, bütün ölkələrdə Hyatt mehmanxanaları ciddi şəkildə tətbiq olunur.
Bu öhdəlik çərçivəsində mehmanxanada Gigiyena və Sağlamlıq Təhlükəsizliyi Meneceri vəzifəsi yaradılmışdır. Qeyd olunan menecer təmizlik və gigiyena protokollarına nəzarət edərək və əməkdaşlara bu sahədə təlimlər keçir, qonaqlarımızın və həmkarlarımızın sağlamlığını və təhlükəsizliyini təmin olunmasına nəzarət edir.
Əməkdaşları maarifləndirmək və onlara bu mürəkkəb zamanda qayğı göstərmək də şirkətin prioritetlərindən biridir. Bu yolda mühüm addımlar atılaraq, mehmanxana rəhbərliyi tərəfindən əməkdaşlar arasında, onların qaydalarla nə dərəcədə tanış olduqlarını, əlavə dəstəyə ehtiyacını və ümumi əhval-ruhiyyəsini öyrənmək məqsədi ilə gündəlik sorğu keçirilir.
Hyatt Regency fəaliyyətində Dövlət Turizm Agentliyi tərəfindən hazırlanan “SAHMAN” proqramı çərçivəsində tələb olunan sanitariya və gigiyena standartları və normalarına əməl olunmasını tam təmin edir.
Həmçinin, mehmanxana ISSA Worldwide -ın bölməsi olan Qlobal Biorisk Məsləhət Şurasından GBAC STAR ™ akkreditasiyasını da əldə etmişdir. GBAC STAR otellərin ən sərt təmizlik, dezinfeksiya və infeksion xəstəliklərin qarşısının alınması protokollarını tətbiq etməsini təmin edir.
Hyatt Regency, rəhbərlik və işçilər adından, başda səhiyyə işçiləri olmaqla, bütün yerli qurumların pandemiya ilə mübarizə və risklərin azaldılması üçün atdığı addımları dəstəkləyir və onlara təşəkkür edir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
9 d. əvvəl
“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi
-
-
20 d. əvvəl
Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu "Eldik Bank" ilə memorandum imzalayıb
-
2 saat əvvəl
Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyənin daha bir restoranlar şəbəkəsi Azərbaycan bazarına daxil olub
Son Xəbərlər

“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Yaponya Mərkəzi Bankı faizini sabit saxladı

ABŞ-da tələbatla bağlı narahatlıqlar faiz endiriminin yaratdığı nikbinliyi üstələyib— neft qiymətləri düşür
Ən çox oxunanlar

"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir

Rəsmi məzənnələr açıqlandı

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmir işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ
