“PAŞA Həyat” www.e-pul.az ödəniş portalı ilə əməkdaşlığa başlayıb
Müştərilərin rahatlığı üçün onlayn ödəniş sistemlərinin sayı genişləndirilir.
10.05.2017. Artıq bu gündən etibarən “PAŞA Həyat” şirkətinin müştəriləri sığorta haqqı məbləği üzrə ödənişlərini www.e-pul.az ödəniş portalı vasitəsilə də həyata keçirə biləcəklər.
Şirkətin mətbuat katibi Elnur Hüseynquluyevin "Marja"ya verdiyi məlumata görə, www.e-pul.az portalı vasitəsi ilə aparılan ödənişlər “PAŞA Həyat”ın bütün həyat sığortası məhsulları üzrə keçərlidir:
“Müştəri sadəcə www.pasha-life.az saytından və ya www.e-pul.az portalının sığorta bölməsinə daxil olaraq “PAŞA Həyat”ı seçməklə həyat sığortası üzrə müvafiq ödənişini edə bilər. Bütün bu kimi işlər “PAŞA Həyat” tərəfindən müştərilərin rahatlığı üçün atılmış növbəti bir addımdır. Bizim yeniliklərimiz yalnız bundan ibarət deyil. Gələcəkdə müştərilərin rahatlığını və ən əsası da onların vaxtlarına maksimum qənaət etmələrini nəzərə alaraq bir çox yeniliklər edəcəyik”.
Qeyd edək ki, www.e-pul.az təhlükəsizliyi, rahatlığı və çevikliyi ilə seçilən elektron ödəmə sistemidir. Ödənişlər kompyuter, planşet və smartfonlar vasitəsi ilə həyata keçirilə bilər. Bütün ödəmələr real vaxt rejimində aparılır və dərhal hesablara oturur.
Xatırladaq ki, “PAŞA Həyat” sözügedən sistemlə yanaşı, www.kassam.az və www.izim.az ödəniş portalları ilə də əməkdaşlıq edir.
“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















