Neftlə bağlı proqnozlar pisləşdi
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu ilə dair neft qiymətləri proqnozunu aşağı salıb.
"Marja" xəbər verir ki, EIA-nın may ayı "Qısa Dövr Enerji Mənzərəsi" hesabatında qlobal xam neft ehtiyatlarının hələ də yüksək olduğuna və neft qiymətlərinin keçən cümə günü son 5 ayın ən aşağı səviyyəsinə zəiflədiyinə diqqət çəkilib.
Hesabatda, sözügedən səbəblərə görə, 2017-ci ilə dair neft qiymətləri proqnozu 1 dollar aşağı salınıb.
ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftin orta hesabla barrel qiymətinin bu il 51 dollar olmasının gözləndiyi, Brent tipli xam neftin orta hesabla barrel qiymətinin bu il 53 dollar səviyyəsində olmasının nəzərdə tutulduğu məlumatına yer verilib.
EIA, keçən ay yaydığı "Qısa Dövr Enerji Mənzərəsi" hesabatında, WTI növü xam neftin orta hesabla barrel qiymətinin 52 dollar, Brent tipi xam neftin orta hesabla barrel qiymətinin də 54 dollar olaraq təxmin edildiyini bildirmişdi.
UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN
Digər tərəfdən, gələn ilə dair WTI növü xam neftin barrel qiyməti proqnozunu 55 dollara, Brent tipi xam neftin barrel qiyməti proqnozu də 57 dollarlarda sabit saxlanılıb.
ABŞ-ın Neft hasilat proqnozunu qaldırılıb
EIA həmçinin, may ayı hesabatında ABŞ-ın bu il və gələn ilə dair xam neft istehsalı proqnozunu gündəlik orta hesabla 0,1 milyon barel artırıb.
Belə ki, ABŞ-ın builki xam neft istehsal gözləntisi gündəlik orta hesabla 9,2 milyon bareldən sutkada orta hesabla 9,3 milyon barelə qaldırılıb.
Bundan başqa, ABŞ-ın gələn il üçün xam neft istehsalı proqnozu də gündəlik orta hesabla 9,9 milyon bareldən sutkada orta hesabla 10 milyon barelə qaldırılıb.
0 FAİZ KOMİSSİYA İLƏ 5000 MANATADƏK KREDİT!
Ölkədə ötən il xam neft istehsalı gündəlik orta hesabla 8,9 milyon barel, keçən ay isə gündəlik orta hesabla 9,1 milyon barrel olmuşdu.
Qlobal neft hasilatı və istehlakı
Qlobal neft hasilatına dair proqnozunu da dəyişən EIA, dünya üzrə neft hasilatı proqnozunu bu il və gələn il üçün gündəlik orta hesabla 0,2 milyon barel yuxarı qaldırıb.
MAY AYINDA ANADAN OLANLARA PULSUZ PLASTİK KARTLAR
Qlobal neft hasilatının bu il gündəlik orta hesabla 98,3 milyon barel əvəzinə 98,5 milyon barel, gələn il də gündəlik orta hesabla 100,2 milyon barel əvəzinə 100,4 milyon barel olması ehtimalı verilib.
EIA, qlobal neft istehlakının da bu il gündəlik orta hesabla 98,3 milyon barrel, gələn il də gündəlik orta hesabla 99,9 milyon barel olmasını nəzərdə tutur.
Qlobal neft hasilatı və istehlakı arasında yaranması gözlənilən 2017-dəki gündəlik orta hesabla 0,2 milyon barellik və 2018-dəkii gündəlik orta hesabla 0,5 milyon barellik fərqin, xam neft qiymətlərni aşağı salacağı ehtimal edilir.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
2 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
2 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
2 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
2 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 3 saat əvvəl
-
5 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)











