PAŞA Sığorta 2 tenderin qalibi olub
PAŞA Sığorta AR İpoteka və Kredit Zəmanət Fondunun eyni zamanda, Veysəloğlu Şirkətlər Qrupunun həyata keçirdiyi tenderin qalibi oldu!Uzun illərdir ki, qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti eyni anda iki fərqli şirkət tenderinin qalibi seçilib. Belə ki, 26 ildir Azərbaycan iqtisadiyyatına töhfə verən Veysəloğlu Şirkətlər Qrupu öz əməkdaşlarının könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Tenderin nəticəsinə əsasən, bu öhdəlik PAŞA Sığorta şirkətinə həvalə edilib.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupunda 17 minə yaxın əməkdaş çalışır.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun inzibati binasının və avadanlıqlarının sığortalanması üzrə xidmətlərin satın alınması başa çatmış və Fondun Satınalmalar Komissiyasının qərarına əsasən, PAŞA Sığorta şirkəti kotirovka sorğusunun qalibi elan olunmuşdur. Yaxın günlərdə tərəflər arasında müqavilə imzalanması planlaşdırılır.
Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 22 d. əvvəl
-
32 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 37 d. əvvəl
- 51 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb






.jpg)
.jpg)









.jpg)








