Teslaya yeni qlobal rəqib gəlir - Volkswagen-dən 14 milyard dollarlıq sifariş!
Avropanın ən böyük avtomobil istehsalçısı 2030-cu ilə qədər altı elektrikli akkumulyator zavodu açmaq niyyətindədir.
Almaniyanın avtomobil nəhəngi Volkswagen elektromobillərin istehsalı və təchizatına dair gələcək planlarını açıqlayıb. Marja xəbər verir ki, Şirkət 2030-cu ilə qədər Avropada ümumi illik gücü 240 Gigavatt/saat olan altı zavod inşa etməyi və ildə 5 milyon elektrikli avtomobil istehsalını hədəfləyir.
Volkswagen-in proqnozlarına görə, cari onilliyin sonunda Avropada avtomobil satışlarının 70 faizi, ABŞ və Çində isə bu bazarın ən azı 50 faizi elektromobillərin payına düşəcəkdir. Şirkət həmçinin qlobal sənaye nəhəngi BP ilə əməkdaşlıq edərək, 2025-ci ilə qədər bütün Avropada elektromobillər üçün doldurma məntəqələrinin sayını 5 dəfə - 18 minə qədər artırmaq niyyətindədir.
Hazırda qlobal karbon emissiyalarının azaldılması tələbləri elektromobillərin kütləvi istehsalını stimullaşdırsa da, bu sənayedə ən vacib məsələlərdən biri təhlükəsiz və etibarlı akkumulyator təchizatıdır. Çinin ən nəhəng avtomobil istehsalçılarından olan Geely Automobile Holdings Ganzhouda inşa edəcəyi tutumu 42 Gigavatt/saat olan yeni akkumulyator zavoduna 5 milyard dollar xərcləyəcəyini bildirib. Bu sənayenin lideri Tesla isə hazırda elektromobillərdə tətbiq olunan batareyalar üçün ən vacib elementlər olan litium və nikelin maksimal dərəcədə etibarlı və davamlı təchizatına çalışır.
Volkswagen də qlobal sənaye yarışından kənarda qalmamaq üçün İsveçin akkumulyator istehsalı üzrə ixtisaslaşmış startapı Nothvoltda malik olduğu 20 faizlik payını artırmaq niyyətindədir və artıq növbəti 10 il ərzində 14 milyard dollar dəyərində akkumulyator istehsalını sifariş edib. Bununla da, Teslanın keçmiş əməkdaşları tərəfindən yaradılan Northvolt digər sənaye nəhənglərindən də aldığı sifarişlərlə birlikdə 27 milyard dollarlıq batareya istehsalçısına və sektorun liderinə çevrilir.
Volkswagen bazar ertəsi təşkil etdiyi “Enerji Günü” tədbirində hazırda Northvoltun İsveçdə - Şimal qütbünün lap yaxınlığında yerləşən akkumulyator fabrikinin gücünü 40 Gigavatta qədər artıracaqlarını və 2025-ci ilə qədər Almaniyada – Salzgitterdə 40 Gigavatt tutumlu yeni akkumulyator zavodu inşa edəcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 16 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
1 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
2 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
2 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
2 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
-
4 saat əvvəl
“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur
- 4 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib

BMW ABŞ-da 196 minə yaxın avtomobili geri çağıracaq
