"Biz Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına müsbət baxırıq"
"Biz, əlbəttə ki, yeni vəziyyəti nəzərə alaraq Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına da müsbət baxırıq".
Marja xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bilfirib.
Prezident, "Bu əlaqələrin normallaşması üçün bizim indi hər hansı bir xüsusi fikrimiz yoxdur" deyərək sözlərinə belə davam edib:
"Türkiyə özü müəyyən edəcək ki, bu sərhədlər nə zaman açıla bilər, nə zaman əlaqələr normallaşa bilər. Hər halda, Azərbaycan tərəfindən buna necə deyərlər, hər hansı bir mənfi fikir olmayacaq. Çünki hesab edirəm ki, bölgənin sabitliyi, uzunmüddətli sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Baxın, biz indi nədən danışırıq. Ermənistan-Azərbaycan sərhədinin açılmasından bəhs edirik. Yəni, Ermənistan–Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına da təbii ki, ehtiyac qalmır. Əgər biz bu koridorlardan söhbət ediriksə, Zəngəzur koridorunu gerçəkləşdirmək istəyiriksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılacaq. Amma bu, təbii ki, Türkiyənin öz qərarıdır. Bir halda ki, siz məndən bunu soruşursunuz, Azərbaycan tərəfindən bu məsələ ilə bağlı hər hansı bir xüsusi mövqe yoxdur. Bir də ki, Türkiyənin xeyrinə nə olacaqsa, bu, bizim də xeyrimizədir".
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB


















