Uşaqların pulunu mənimsəyən, onları oğru edən “GOAFAZ”!
Bu gün çox sayda uşaq mobil, kompyuter və PlayStation oyunlarının aludəçisinə çevrilib. Belə uşaqlar təhsildən geri qalmaqla bərabər, günün əksər hissəsini cihazlar arxasında keçirdikləri üçün sağlamlıqlarını itirirlər və pis vərdişlərə yiyələnirlər. Oyunları həyatda reallaşdırmaq istəyən, cinayətə meyl edənlər də çoxdur.
Oyun aludəçisi olanların sayının artması dələduzlar üçün “bazar” yaradıb. Bir neçə il əvvəl cibgirlik edənlər, mağaza və ev yaranlar bu gün saxta saytlar, İnstagram və Whatsapp vasitəsilə haqsız qazanc əldə edirlər.
Oyunlarda silah, geyim və digər imkanlar əldə etmək üçün ödəniş tələb olunur. Oyun dünyasında bu imkanlara sahib olan oyunçulara qibtə edilir. Həm oyunda daha da irəli getmək, həm də bu “dünyada” status qazanmaq istəkləri uşaqları ödənişli xidmətlərə yönəldir. Belə bir istəyi istismar etmək üçün dələduzlar peyda olublar.
UŞAQ ROLUNDA OYUNÇUDURLAR, ÖDƏNİŞİ “REKLAM” EDİRLƏR
Marja-nın araşdırması nəticəsində məlum oldu ki, dələduzlar uşaq rolunda və saxta adlar ilə oyunçudurlar. Bu şəxslərin oyun oynamaqda məqsədləri oyunlara aludəçi olan uşaqlara ödənişin üstünlüklərini “reklam” etmək, bunu necə və haradan etməyin yollarını öyrətməkdir. Əsasən 12-17 yaşlarda olan uşaqlar bu dələduzların hədəfindədir.
Bu gün oyun aludəçisi olan uşaqların ödəniş üçün ən çox istifadə etdikləri mexanizim “GOAFAZ”dır. Bu mexanizm GOAFAZ.com adlı İnternet saytı, “Facebook”, “İnstagram”, “Youtube” səhifələri və “Whatsapp” hesabı mövcuddur. “GOAFAZ”ın dələduzluq mexanizmi olub-olmadığı dövlət orqanları tərəfindən araşdırılmalıdır.
“GOAFAZ” mexanizmi ödəniş edənin azyaşlı olub- olmadığı ilə maraqlanmır. GOAFAZ.com adlı İnternet saytında görünməyən, ən alt bir hissədə “Qanun və qaydalar” bölməsində yazıblar ki, “18 yaşdan aşağı olan azyaşlıların valideynlərdən icazəsiz saytdan alışveriş etməsi qadağandır”. Məsələ burasındadır ki, satış əsasən “Whatsapp” hesabı üzərindən aparılır. Whatsapp ilə oyuna ödəniş etmək istəyən müraciətçiyə “18 yaşdan aşağı olan azyaşlıların valideynlərdən icazəsiz saytdan alışveriş etməsi qadağandır” xəbərdarlığı edilmir. Dərhal ödəniş etmək üçün kart hesabı təqdim edilir. Dünən Marja.az “GOAFAZ”a “Whatsapp” vasitəsilə “Necə pul yükləyə bilərik” müraciətini etdi. Dərhal “Milli Ön” terminalı ilə balans artırmaq üçün 14 addımlıq məlumat təqdim edildi. Heç bir xəbərdarlıq və başqa məlumat göndərilmədi. Əksər uşaqlar GOAFAZ.com saytında gizli bir yerdə yazılmış "Qanun və Qaydalar"dan xəbərsizdirlər. “GOAFAZ” əsasən oyunlar və sosial şəbəkələr üzərindən uşaqları özünə cəlb edir. “GOAFAZ” zənglərə cavab vermir, müraciətləri yalnız Whatsapp vasitəsilə cavablandırır. “GOAFAZ” saytında ünvanları da göstərilməyib.
GƏLİR ŞƏXSİ KART VASİTƏSİLƏ ƏLDƏ EDİLİR
Digər qanunsuzluq oyunlara ödənişlərin şəxsi kart hesabına köçürülməsi ola bilər. Hər bir müraciətçiyə Haci Aliyev adlı şəxsin adına olan kart nömrəsi təqdim edilir. Bu hərəkət qanunsuz-sahibkarlıq fəaliyyətinə işarə ola bilər. Azərbaycan qanunvericiliyinə görə, kommersiya fəaliyyəti göstərən şəxs Dövlət Vergi Xidmətinə müraciət edərək VÖEN almalı və bu VÖEN-ə bağlı bank hesabı əldə etməlidir. Lakin “GOAFAZ” oyunlara ödənişləri şəxsi kart vasitəsilə yığır.
MÜRACİƏTÇİLƏR BANKLARIN LOQOTİPLƏRİ İLƏ ÇAŞDIRILIR
GOAFAZ.com-da “Saytın bank hesabları” bölməsində “Kapital Bank”, “Unibank”, “PAŞA Bank”, “Rabitəbank”, “Milli Ön”, “E-manat”, “Bir Bank” loqoları yerləşdirilsə də hamısının altında eyni kart nömrəsi yazılıb (Bank: Kapital Bank, Hesab Sahibi: Haci Aliyev, hesab nömrəsi: 5239 1515 1179 5927). Həqiqətən Hacı Əliyev olub olmadığı bilinməyən bu şəxs uşaqlara müxtəlif mobil nömrələr təqdim edib, ödənişdə çətinlikləri olduqda onlara “məsələhətlər” verir. Bu şəxs uşaqla danışdığını bilə-bilə ona ödəniş etməyi təbliğ edir.
“GOAFAZ”ın saxtakar ola biləcəyi “Saytın bank hesabları” bölməsindən də məlum olur. Bu bölmədə “Bank hesabları” yazıb bir neçə bankın loqotipinin altında eyni kart nömrəsinin göstərilməsi dələduzluq əlaməti ola bilər.
ƏMƏLİYYAT TANINMIŞ BANKIN ÜZƏRİNDƏN APARILIR
Qeyd edək ki, uşaqlara təqdim edilən kart hesabının “Kapital Bank”da olduğu göstərilir. Təbii ki, bank kart almaq istəyən şəxsin dələduz olub-olmadığını öncədən müəyyənləşdirə bilməz. Amma, sonradan kart əməliyyatlarına baxaraq dələduzluq əlamətlərini görə bilər. Gün ərzində bir neçə min manat vəsaitin kart hesabına daxil olması, eyni gün ərzində də çıxarılması qanunsuzluğa işarədir. Şəxsi kart öz vəsaitini köçürüb nağdsız alış-verişlər etmək üçündür (marketlərdə, restoranda, onlayn və s). Bir şəxsin hesabına səhər pul yatırıb, axşam nağdlaşdırması şübhə yaratmalıdır. Amma bankların müvafiq şöbələri vaxtında tədbir görmürlər. Azərbaycanın iri bankı üzərindən vətəndaşlar aldadıla bilər, böyük ehtimalla da aldadılır, amma dərhal bir tədbir görülmür. Bankların dələduzluqla mübarizə aparmağa cavabdeh olan şəxsləri gecə gündüz axtarışda olmalı, şəxsi kart hesabı nömrələrinin internet səhifələrində, sosial şəbəklərdə ödəniş qəbulu üçün yazıldığını aşkarladıqda həmin karta xidmət göstərməkdən imtina olunmalı və bu barədə hüquq mühafizə orqanlarına məlumat verilməlidir. Nə üçün Kapital Bankın müvafiq əməkdaşları GOAFAZ.com mexanizmini görmürlər? Yoxsa bankın daxilində bu kart hesabına göz yuman şəxslər var? Ölkənin ən iri bankının rəhbərliyi bu məsələni araşdırmalıdır.
“GOAFAZ”ın hüquqi şəxs və ya fiziki şəxs (fərdi sahibkar) olub-olmadığı da araşdırılmalıdır. İqtisadiyyat Nazirliyinin tabeliyində olan qurumlar ayıq-sayıq olmalıdırlar.
“HARA MÜRACİƏT EDİRSİNİZSƏ EDİN, BİZİ POLİS TAPA BİLMƏZ”
Dünən Marja.az çox çətinliklə “GOAFAZ”ı idarə edənlərdən biri ilə əlaqə yaratmağı bacardı. “Nə üçün telefon zənglərinə cavab vermirsiniz?” sualımza “Boş-boş bizi narahat edənlər çox olduğundan müraciətlərə yalnız Whatsapp üzərindən cavab veririk” cavabını aldıq. ““GOAFAZ” vergi ödəyicisidir? Dövlət Vergi Xidmətindən VÖEN əldə edib? Əgər VÖEN və ona bağlı bank hesablarınız varsa təqdim edə bilərsiniz?” suallarımıza isə cavablar ala bilmədik. Oyuna ödəniş etmək istəyən hər bir şəxsin hüququ var ki, vəsaiti kimə köçürdüyünü, qanuni-olub olmadığı məlumatlarını əldə etsin. Lakin biz belə məlumatları əldə edə bilmədik.
Digər bir şübhəli hal “GOAFAZ”ın “.az” domenində deyil, “.com” domenində olmasıdır.
““GOAFAZ” ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəyik” xəbərdarlığımıza isə “gedib hara deyirsiniz deyin, bizi polis tapa bilməz” cavabını aldıq.
Bu gün valideynlərinin və yaxın qohumlarının verdikləri pulları “GOAFAZ”a köçürən minlərlə uşaq var. Hətta bir sıra uşaqlar evdən və digər yerlərdən pul oğurlayaraq “GOAFAZ”a köçürürlər. “GOAFAZ” müxanizmini yaradan şəxslər hər gün minlərlə manat qazanırlar. Valideynlər çox diqqətli olmalıdırlar. Eyni zamanda hüquq-mühafizə orqanları vaxt itirmədən bu mexanizmi ifşa etməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 45 d. əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
-
1 saat əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
-
2 saat əvvəl
Azərbaycan kapital bazarlarında ilk: ABB Invest “agile” (çevik) idarəetməyə keçdi!
-
3 saat əvvəl
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
-
3 saat əvvəl
“Karabakh” şərabı IWSC beynəlxalq müsabiqəsində mükafata layiq görülüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
Ən çox oxunanlar
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
SİMA həlləri WUF13-də təqdim edildi
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Azərbaycan neftinin son qiyməti







.jpg)






.jpg)




