Turizm tarixinin ən pis ili - 74% azalma, 1,3 trilyon dollar itki
2020-ci ildə dünya turizm sektorundakı iqtisadi itki 1,3 trilyon dollar olub. Sektorda 100 - 120 milyon civarında məşğulluq risk altındadır.Mərkəzi ofisi Madriddə yerləşən Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatı (DTT) yeni növ koronavirus (Kovid-19) pandemiyası ilə əlaqədar 2020-ci ildə dünyada beynəlxalq səyahət edənlərin sayının 2019-cu illə müqayisədə 74% azaldığını açıqlayıb.
Marja xəbər verir ki, "Turizm tarixinin ən pis ili" ifadəsini istifadə edən DTT, pandemiya ilə əlaqədar tətbiq edilən səyahət məhdudiyyətlər ilə turizm sektorunda, keçmişdə bənzəri olmayan bir böhranın yaşandığını vurğulayıb.
DTT, pandemiyadan əvvəlki yaxın tarixdə turizmdəki ən mənfi məlumatların dünyadakı turist sayında 4% azalma olduğu 2009-dakı qlobal iqtisadi böhran dövründə görüldüyünü, ancaq mövcud vəziyyətin müqayisə edilə bilinməyəcək qədər pis olduğunu vurğulayıb.
Kovid-19-un 2020-ci ildə turizm sektorunda təxminən 1,3 trilyon dollar iqtisadi itki yaratdığı və bu rəqəmin, 2009 qlobal iqtisadi böhranı əsnasında qeyd edilən itkilərdən 11 dəfə daha çox olduğuna işarə edilib.
Mövcud böhrandan, dünya turizm sektorunda əksəriyyəti kiçik və orta biznes olmaqla 100 - 120 milyon turizm məşğulluğunun da risk altında olduğu vurğulanıb.
Dünyada 2020-də turist sayı ən çox azalan bölgə, 84% ilə Asiya və Sakit Okean bölgəsi olub. 2019-cu illə müqayisədə 2020-ci ildə 71%-lik azalmanın olduğu Avropada isə turist sayının 500 milyondan çox gerilədiyi qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 11 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















