Qiyməti 19 dollardan 300 dollara yüksəlib - "DƏLİLİYƏ" MÜDAXİLƏ EDİLƏ BİLƏR
ABŞ sərmayə bazarları sosial media üzərindən spekulyasiya edilən Gamestop şirkətinin səhmlərindəki sürətli bahalaşmanı danışır. Şirkətin səhmləri son bir həftədə 8 dəfə bahalaşıb. Ağ Evdən müdaxilə siqnalı verilib. Ağ Evdən verilən məlumata görə, ABŞ-ın yeni maliyyə vaziri Janet Yellen şirkət səhmlərində yaradılan spekulyasiyanı yaxından izləyir.ABŞ-da sərmayə bazarlarının gündəmində biznes fəaliyyəti sual altında olan, buna baxmayaraq səhmləri son günlərdə sürətli bahalaşma qeyd edən bir şirkət var: Gamestop.
Sosial media üzərindən aparılan bir kampaniya ilə səhmləri bir həftədə 8 dəfə bahalaşan və bazar dəyərindəki artım 20 milyard dollara çatan Gamestop, ABŞ Maliyyə Nazirliyinin də "radarına" daxil olub.
Marja xəbər verir ki, Ağ Evin sözcüsü Jen Psaki ABŞ Maliyyə Nazirliyinin və ABŞ Prezidenti Joe Bidenin iqtisadi komandasının Gamestop səhmlərində yaşanan prosesləri izlədiyini bildirib. Psaki şirkət səhmlərindəki hərəkətləri "fövqəladə" olaraq xarakterizə edib, yaşananlardan sonra Birjanın ABŞ iqtisadiyyatının sağlamlığı baxımından bir göstərici olmadığına daha bir dəfə dəlil təqdim etdiyini ifadə edib.
Reddit kimi platformalarda başlayan müzakirələr şirkətin səhmlərində sürətli bahalaşmaya səbəb olub. 2020-ci ilə 19 dollarla başlayan şirkət səhmlərinin dəyəri 300 dolları aşıb. Təkcə 27 Yanvar günündə şirkət səhmlərində gündəlik qiymət atım 118% olub.
ABŞ-da sərmayə bazarları mütəxəssisləri, Gamestop ilə əlaqədar proseslərin kiçik sərmayəçilərə böyük zərərlər yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
2008-ci il maliyyə böhranından əvvəl ipoteka təminatlı aktivlərə qarşı mövqe açması ilə məşhurlaşmış sərmayəçi Michael Burry Gamestop-dakı prosesləri "'təhlükəli" olaraq xarakterizə edib.
ABŞ-da 5 min 500 ətrafında mağazası olan GameStop, son illərdə oyun sektorunun internetə keçməsilə əlaqədar olaraq gəlir itkisi yaşayır. 2020-nin 9 ayında pandemiya səbəbilə, şirkət, gəlirlərinin 31% azaldığını açıqlayıb.
Şirkət 2019-da 471 milyon dollar zərər açıqlayıb, pandemiya dövründə də hər rübdə zərər edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 11 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























