Sığorta haqlarının 73%-i 5 "balinanın" payına düşür
2020-ci ildə Azərbaycanda toplanılmış 728 milyon 634 min manat sığorta haqqının 529 milyon 543 min manatı və yaxud 72,7%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (242 milyon 632 min manat), "PAŞA Sığorta" (163 milyon 453 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta", 49 milyon 122 min manat), eləcə də “Atəşgah Həyat Sığorta” (41 milyon 498 min manat) və "Qala Sığorta" (32 milyon 838 min manat) ASC-lərdir.
İl ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "AXA MBask" (5 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (18 min manat), “Rəvan Sığorta” (1,078 milyon manat), "Naxçıvan Sığorta" (1 milyon 671 min manat) və ləğv prosesində olan “Amrah Sığorta” ASC-lərdir (1 milyon 982 min manat). Adları çəkilən şirkətlər ümumilikdə 4 milyon 754 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,6%-i deməkdir.
Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 194 milyon 337 min manat (26,7%) təşkil edib.
Səğorta ödənişlərinin 86%-i 5 şirkətin payına düşür
2020-ci ildə Azərbaycanda həyata keçirilmiş 465 miylon 153 min manat sığorta ödənişinin 401 milyon 359 min manatı və yaxud 86,3%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (222 milyon 977 min manat), "PAŞA Sığorta" (71 milyon 452 min manat), "Atəşgah Həyat Sığorta" (55 milyon 971 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 33 milyon 351 min manat), eləcə də “Xalq Sığorta” (17 milyon 608 min manat) ASC-dir.
İl ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (0 manat), "Naxçıvan Sığorta" (49 min manat), "Rəvan Sığorta" (332 min manat) və “Bakı Sığorta” (371 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 752 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,2%-i deməkdir.
Qalan 13 sığorta şirkətinin ümumi ödənişləri isə 63 milyon 42 min manat (13,5%) təşkil edib.
Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
9 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
- 14 d. əvvəl
-
- 28 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Azərbaycan xaricdən ət alışını daha da artırıb - 3 AYDA 29 MİLYON DOLLARIN ÖLKƏDƏN ÇIXMASINA SƏBƏB OLUB
ING: Mənfi ssenaridə neftin qiyməti 121 dollara çata bilər
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
Netflix səhmləri 9% ucuzlaşıb
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Ən çox oxunanlar
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub















.jpg)








