Türkiyə Mərkəzi Bankı pas keçdi
Faizin sabit saxlanacağı gözlənilirdiTürkiyə Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
Marja xəbər verir ki, Bank faizini dəyişməyərək 17% səviyyəsində saxlayıb. İqtisadçılar da Bankın Yanvar yığıncağını pas keçəcəyini gözləyirdilər.
Qərardan sonra Türk Lirəsi Dollar qarşısında 0,7% bahalaşıb və Dollar/TL məzənnəsi 7,37 səviyyələrinə geriləyib (saat 15:06-ya olan məlumat).
Mərkəzi Bank açıqlamasında qeyd edib ki, xidmətlər və əlaqəli sektorlardakı yavaşlama davam edir və qeyri-müəyyənlik davam etməkdədir. Digər tərəfdən, kredit şərtlərindəki sərtləşmə ilə son dövrdə kreditlərin artması yavaşlamağa başlamışdır.
İnflyasiya Mərkəzi Bank tərəfindən yaxından izləniləcək. Lazım olması vəziyyətində əlavə sərt addımlar atılacaq.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının sədri Naci Ağbalın sədr təyin edilməsindən sonra keçirilmiş ilk yığıncaqda 4,75 bənd, ikinci yığıncaqda isə 2 bənd olmaqla cəmi 6,75 bənd faiz artırımına gedilərək siyasət faizi 10.25%-dən 17% səviyyəsinə qaldırılmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
5 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
5 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
7 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
8 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
8 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib

























