E-imza sertifikatları 32% artıb
Ölkəmizdə “Elektron imza” (E-imza) sertifikatlarının sayının artması ilə yanaşı, onun istifadə miqyası da genişlənməkdədir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2020-ci ildə istifadəyə verilən e-imza tokeninin sayı 17 min 756 olub. Bu e-imza daşıyıcılarından 9 min 838-i dövlət qurumlarının, 4 min 990-ı sahibkarların, 2 min 928-i isə fiziki şəxslərin payına düşür. Beləliklə, 2019-cu il ilə müqayisədə 2020-ci ildə verilmiş e-imza tokenlərinin sayı 32% çoxdur.
Son bir ayda istifadəyə verilən e-imza sertifikatlarının sayı isə 2 min 58 olub.
E-imza istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Belə ki, 2020-ci ildə 8 milyona yaxın əməliyyat aparılıb. Onlardan 85%-i dövlət qurumlarının payına düşür. Bu da 2019-cu illə müqayisədə 93% çoxdur.
Xatırladaq ki, elektron imza rəqəmsal mühitdə hazırlanan smart kart və USB token formasında istifadə oluna bilən, elektron məntiqə uyğun işləyən şəxsiyyəti müəyyənləşdirmə və imzalama vasitəsidir. Təqlid edilməsi mümkün olmayan bu imza 3 il müddətində etibarlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)





