"Bəzi evlər var ki, elə bil it damıdır. Sayları maksimum 60 mindir”
“Azad edilmiş torpaqlarda hər tərəf dağıdılıb. Amma bəzi tikililər var, bəzi evlər var ki, orada ermənilər yaşayıb. Adam baxanda məəttəl qalır ki, orada insanlar necə yaşayıblar? Elə bil ki, it damıdır”.
Bunu Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Prezidentin sözlərinə görə, Ermənistan rejimi bu adamları faktiki olaraq belə səfalət içində, belə yoxsulluq içində girov kimi saxlayaraq məcbur edirdi ki, orada yaşasınlar: “Məcbur edirdi! Kimin imkanı var, qaçıb gedirdi. Ona görə mən həmişə deyirdim ki, müharibədən əvvəl orada - işğal edilmiş torpaqlarda yaşayan erməni əhalisinin real sayı təqribən 60 min ətrafında idi. İndi, bax, müharibədən sonrakı bu vəziyyət bunu göstərir. Ermənilər bu rəqəmi süni şəkildə şişirdirdilər, guya ki, orada 150 min adam var. Maksimum altmış min civarında idi. Onları da güc-bəla ilə orada saxlayırdılar ki, qanunsuz məskunlaşma getsin. Onlar nə gündə yaşayırdılar?! Onlar vəhşi rəhbərləri tərəfindən dağıdılmış Ağdam, Füzuli, Şuşa, digər şəhərlər canlananda, o yerlər cənnətə çevriləndə görəcəklər ki, əlbəttə, harada yaşamaq rahat, təhlükəsiz və iqtisadi cəhətdən sərfəli olar”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
-
23 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
-
32 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Ən çox oxunanlar
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib











.jpg)









