Nazirlərin neft hasilatı ilə bağlı altı saatlıq müzakirəsi nəticəsiz qalıb
Bu gün keçirilən OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 13-cü videogörüşü başa çatıb.
Bu barədə “TASS” mənbələrə istinadən məlumat verib.
Qeyd olunub ki, nazirlər altı saatlıq müzakirələrdən sonra yekun razılığa gələ bilməyiblər. Bildirilib ki, iclasdakı yarım saatlıq fasilədən sonra müzakirələrin bu gün davam etməsi ilə bağlı qərar verilib.
Görüş sabah Bakı vaxtı ilə saat 18:30-da baş tutacaq.
Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin dekabrda keçirilən 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 milyon barrel azaldılması və “OPEC+” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə gündəlik hasilatda artımın 0,5 milyon barreldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib.
Yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4 milyon 564 min barrel, qeyri-OPEC ölkələri isə 2 milyon 636 min barrel azaldacaq. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barrel olacaq. Yəni yanvarda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlamalıdır.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
13 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 9 saat sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 14 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























