Bazarların gözü bu qərardadır
Neft 2021-ci ilə OPEC+ həyəcanı ilə başlayıb.Bu gün Neft İxrac Edən Ölkələr Birliyi və tərəfdaşları (OPEC+) istehsalı artırıb artırmamaq qərarını verəcəkdir.
Marja xəbər verir ki, bu gün OPEC+ın yığıncağı keçiriləcək və hasilat ilə əlaqədar qərar veriləcəkdir.
OPEC+ koalisiyası bu ay istehsalı 500 min barel artıracaq. Bazar ertəsi günü toplantı Fevral ayındakı istehsalı qərarlaşdırmaq üçün keçiriləcəkdir.
Koronavirusa qarşı peyvəndlər ilə bağlı nikbinlik və koronavirusa yoluxanların artması arasında mübarizə aparan neft bazarı 2021-ci ilə bahalşma ilə başlayıb. Analitiklərə görə, OPEC+ın Fevral ayında istehsalı artıracağı ehtimalı 50%-dir, çünki dekabrdakı artırım qərarı bir satış dalğasını tətikləməmişdi.
Bu gün Fevral ayında gündəlik neft hasilatının 500 min barel artırılıb-artırılmamasını müzakirə ediləcəkdir. Məlumata görə, koronavirusun yeni növünün yaranması neft bazarında onsuz da kövrək vəziyyəti daha da gərginləşdirir. TASS-ın mənbələrinə görə, ittifaqın bütün üzvləri dəyişən vəziyyəti qiymətləndirmək üçün ən azı bir ay gözləməyin lazım olduğunu düşünərək fevral ayında istehsal artımını birmənalı şəkildə dəstəkləmirlər.
Peyvəndləmənin müxtəlif ölkələrdə başlaması, Dolların mühüm valyutalar qarşısında bahalaşması və ABŞ-da xam neft ehtiyatlarının azalması da neft qiymətlərinin yüksəlməsinə təkan verir.
Neft bazarları peyvəndləmənin müxtəlif ölkələrdə başlamasından və zəifləyən dollardan dəstək tapıb.
Neft OPEC+ın istehsalı artırıb artırmamaq qərarını verəcəyi yığıncaqdan əvvəl bahalaşır.
Bu gün Brent neftinin barelinin qiyməti 53 dolları, ABŞ xam neftinin barelinin qiyməti isə 49 dolları keçib. Bu gün neft qiymətləri 2%-dən çox yüksəlib.
Digər tərəfdən, İngiltərənin Baş naziri Boris Johnson karantin tədbirlərinin sərtləşdirə biləcəyinə dair mesajlar verib, Yaponiya digər bir fövqəladə hal vəziyyəti elan etməyi düşünür.
Həmçinin oxu
Neft 2021-ci ilə bahalaşma ilə başlayıbMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 17 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















