“Ziraat Bank Azərbaycan” ilə Sabahın Sahibkalarına dəstək davam edir

(®️) “Ziraat Bank Azərbaycan” missiyasını Özünüməşğulluq Proqramı vasitəsiylə davam etdirərək bir çox vətəndaşa öz biznes arzusunu həyata keçirməsində dəstək verməyə davam edir.
Bank tərəfindən heyvandarlıqla məşğul olan daha üç kəndliyə xırdabuynuzlu heyvanlar təhvil verilmişdir.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memoranduma əsasən həyata keçirilən Özünüməşğulluq proqramında əhalinin həssas kateqoriyalarının öz ailə bizneslərini qurmalarına dəstək verilir. “Ziraat Bank Azərbaycan” ASC-nin də yaxından iştirak etdiyi bu program vasitəsiylə sözügedən şəxslər sabahın sahibkarları olaraq Azərbaycan iqtisadiyyatına öz töhfələrini verəcəkdir.
Bank tərəfindən bu günədək Bakı, Sumqayıt, Salyan, Mingəçevir, Ağdam və digər ərazilərdə yaşayan vətəndaşlara öz işlərinin qurulmasında dəstək göstərilmişdir.
Əlavə olaraq, “Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində yeni fəaliyyətə başlamış Əhməd Rəcəbli filialı ilə birlikdə Bakı, Gəncə və Sumqayıt şəhərlərində olmaqla 5 filialı mövcuddur. Buna əlavə olaraq , Bank qısa müddət ərzində filialların sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 d. əvvəl
-
12 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
-
-
13 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
13 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
13 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 13 saat əvvəl
-
14 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Bosch 13 min işçisini ixtisar edəcək

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq
Ən çox oxunanlar

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
