Azərbaycanın iaşə sektorunda böyük itki - MƏBLƏĞ AÇIQLANDI
İaşə xidmətlərinin həcmi 729.2 milyon manat azalıbDünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna da öz mənfi təsirini göstərmişdir.
Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir ki, bu hal ölkəmizdə də müşahidə olunmuş və cari ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə müəssisələrinin göstəricilərində azalma qeydə alınmışdır.
Azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında müşahidə olunmuş kəskin azalma (cari ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr ayları ötən ilin eyni ayları ilə müqayisədə müvafiq olaraq 2,6 dəfə, 12,1 dəfə, 9,9 dəfə, 12,0 dəfə, 13,0 dəfə, 11,5 dəfə, 7,7 dəfə, 7,8 dəfə, 6,6 dəfə) nəticəsində mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr aylarında ötən ilin eyni ayları ilə müqayisədə ictimai iaşə xidmətlərinin həcminin azalması olmuşdur.
Cari ilin noyabr ayında ictimai iaşə dövriyyəsi ötən ilin noyabr ayı ilə müqayisədə 2,1 dəfə azalmışdır. Nəticədə ictimai iaşə xidmətlərinin həcmi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,1 dəfə və ya 729.2 milyon manat azalaraq 682,8 milyon manat olmuşdur.
2019-cu ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,1 faiz artaraq 1 milyard 412,0 milyon manat olmuşdu.
Əhaliyə göstərilən ödənişli xidmətlər
Hesabatda qeyd edilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin rayon və şəhərləri arasında vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlərin təsiri nəticəsində cari ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr aylarında sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədar əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir cari ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz azalaraq 6 milyard 227,2 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 685,1 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2 faizini təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
31 d. əvvəl
Yevlax Pilot Aqroparkına investisiya qoyuluşu 60 milyon manata yaxınlaşıb
-
- 36 d. əvvəl
-
1 saat əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
3 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dövlət müəssisələri tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formaları təsdiq edilib
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
Fevralın 25-də gözlənilən hava şəraiti
Milli maraqlara zidd olan biznes dövlət tərəfindən alınacaq
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Ən çox oxunanlar
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"





















