Dollar dünya birjalarında yenidən ucuzlaşmağa başlayıb - GÜNƏ BAXIŞ
Çərşənbə günü baş tutan FED-in toplantısı zamanı faiz dərəcələrinin sabit saxlanılması, lakin yumşaq monetar siyasətin davam etdirilməsi istiqamətində verilən açıqlamalar fonunda dollar dünya birjalarında yenidən ucuzlaşmağa başlayıb.
EUR SON İKİ İLİN MAKSİMUMLARINDA
1.2120 hədlərində ciddi dəstəklə qarşılaşan EURUSD cütlüyü, FED-in açıqlamalarından sonra yenidən 1.22 hədlərinə yüksəldi. Təhillərə əsasən, EURUSD cütlüyündə 1.2241 səviyyəsi qırılarsa, ondan sonra kəsilə biləcək növbəti hədəfləri 1.2334 və 1.2414 səviyyələri ola bilər.
Qeyd edək ki, saat 14:00-da Avrozonadan inflyasiya səviyyəsinə dair göstəricilər açıqlanacaqdır.
FUNTDA YENİ MAKSİMUMLAR - 1.37
AB-nin Breksit məsələləri üzrə baş məsləhətçisinin ticarət razılaşmasının mümkünlüyü haqqında verdiyi açıqlama fonunda bahalaşan GBPUSD cütlüyündə bahalaşma 1.3538 səviyyəsinin qırılması ilə 1.3617 və 1.3714 səviyyələrinə qədər davam edə bilər.
NEFT SON 8 AYDA ƏN YÜKSƏN QİYMƏTDƏ
Çərşənbə günü son 8 ay ərzində ən baha qiymətə - 51.67$-a təklif edilən Brent nefti cari hədlərdə möhkəmlənə biləcəyi təqdirdə, 53$ və 53.86$ səviyyələrinə qədər bahalaşacağı proqnozlaşdırılır.
QIZIL BAHALAŞDI
Qızılın qrafikinə H1-də nəzər yetirdikdə, qiymətin bahalaşdığının şahidi oluruq.
Qiymət əgər 1875.15$ səviyyəsini qırarsa, növbəti hədəfləri 1885.68$ və 1900$ səviyyələri ola bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
1 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
21 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 21 saat əvvəl
-
21 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























