Azərbaycan iqtisadiyyatında tənəzzül artıb
Azərbaycan iqtisadiyyatında azalma nisbəti 3,8 faizdən 4,3 faizə yüksəlib.Marja Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-noyabr aylarında ölkədə 64 milyard 709,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-oktyabr aylarında ölkədə 58 milyard 469,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz az ümumi daxili məhsul istehsal olunmuşdu.
İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,9 faiz, neft-qaz sektorunda isə 6,5 faiz azalmışdır.
ÜDM istehsalının 34,0 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2,0 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 6485,7 manata bərabər olmuşdur.
İNVESTİSİYALAR AZALIB
2020-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 12 milyard 716,6 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,0 faiz az vəsait yönəldilmişdir.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,4 faiz artmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 11,0 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 8 milyard 374,4 milyon manatı və ya 65,9 faizi məhsul istehsalı sahələrinə, 3 milyard 185,0 milyon manatı (25,0 faizi) xidmət sahələrinə, 1 milyard 157,2 milyon manatı (9,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 8 milyard 130,5 milyon manatını və ya 63,9 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 958,2 milyon manatı və ya 62,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 57,9 faiz, büdcə vəsaitləri 24,2 faiz, bank kreditləri 6,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,2 faiz, sair vəsaitlər 3,3 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,6 faiz təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















