Kapital Bank həssas əhali qrupuna yeni paket təqdim edir
Bu paketi əldə edənlər daha sərfəli şərtlərlə maliyyə xidmətindən yararlana biləcəklər.Kapital Bank hər zaman bir sıra dövlət layihələrində iştirak edərək, müvəkkil bank qismində əhaliyə xidmət göstərir. Əmək pensiyaları, sosial müavinətlər, ünvanlı sosial yardımlar, təhsil və bir sıra digər xidmətlər üzrə dövlət tərəfindən verilən vəsaitlər, əsasən Kapital Bank kartları vasitəsilə əhaliyə təqdim olunur.
Həmçinin 2020-ci ilin mart ayından başlayaraq ölkədə pandemiya şəraiti zamanı işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılar üçün 190 manat birdəfəlik ödəmə vəsaitlərinin əksər hissəsi Kapital Bank filialları və kartları vasitəsilə verilib.
Bütün bunları nəzərə alaraq Kapital Bank aşağı gəliri olan əhali qrupuna yeni “Baza bank xidmətləri paketi”ni təqdim edir. Bankdan Marja-ya daxil olmuş məlumata görə, bu paketi əldə edənlər daha sərfəli şərtlərlə maliyyə xidmətindən yararlana biləcəklər.
“Baza bank xidmətləri paketi” çərçivəsində aşağı gəlirli əhali qrupuna daxil müştərilərə Kapital Bank-da cari hesabın açılması, mobil və SMS bankçılıq, yaşayış minimumu həcmində vəsaitin ölkədaxilində bankomatlarda nağdlaşdırılması, debit ödəniş kartlarının təqdim edilməsi kimi xidmətlərdən komissiyasız istifadəni nəzərdə tutulub.
Qeyd edək ki, cari ilin sonuna qədər tətbiqinə başlanacaq “Baza bank xidmətləri paketi” ilkin olaraq təqribən 200 000 nəfər aşağı gəliri olan vətəndaşı əhatə edəcək və həmin şəxslər yuxarıda qeyd olunan bir sıra xidmətlərdən komissiyasız istifadə edə biləcəklər.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 7 saat sonra
-
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















