Qlobal ərzaq qiymətləri son 6 ilin ən yüksək səviyyəsində
FAO Qlobal Ərzaq Qiyməti İndeksinə görə, qlobal ərzaq məhsullarında Noyabr ayında son 6 ilin ən yüksək səviyyəsi görülüb.Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) aylıq açıqladığı Qida Qiyməti İndeksi Oktyabr ayı ilə müqyisədə Noyabr ayında 3,9% yüksələrək 105 bənd olaraq reallaşıb. Ərzaq qiymətləri 6 aydır fasiləsiz yüksəlir.
Marja xəbər verir ki, FAO bu rəqəmin 2014-cü ildən bu yana görülən ən yüksək qiymət olduğunu qeyd edib.
FAO Qiymət İndeksi beynəlxalq qida ticarətindən ən yüksək əməliyyat həcminə malik məhsulların qiymətlərini aylıq olaraq izləyir. İndeksdə yer alan bütün alt sektorlarda da Noyabr ayında qiymət artımları baş verib.
FAO Bitki mənşəli Yağ Qiyməti İndeksi qlobal palma yağı ehtiyatlarının ciddi azalması ilə əlaqədar olaraq 14.5% artıb.
FAO Taxıl Məhsulları İndeksi Noyabr ayında əvvəlki ayla müqayisədə 2,5% artıb. Argentinada aşağı istehsal və azalan ixrac, Amerika Birləşmiş Ştatları və Ukraynada aşağı istehsal proqnozları və Çindən gələn yüksək miqdarda tələb səbəbilə buğda qiymətlərdə artım müşahidə edilir.
FAO Şəkər Qiyməti İndeksi də mənfi hava şərtlərinin Avropa Birliyi, Tayland və Rusiya Federasiyasında məhsul gözləntilərini zəiflətməsi səbəbilə artım meylindədir.
Avropanın artan pendir, süd və kərəyağı tələbləri səbəbilə FAO Süd Məhsulları İndeksi də artmaqdadır.
FAO Ət qiymətləri İndeksi isə Oktyabr ayı ilə müqayisədə 0,9% nisbətində artıb. Qoyun, mal və donuz ətində bir əvvəlki ayla müqayisədə artımlar baş verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























