Nahardan sonra Dollara təsir edə biləcək mühüm məlumatlar açıqlanacaq
Bu gün Dollara təsir edə biləcək mühüm məlumatlar açıqlanacaqdır.
Marja xəbər verir ki, qlobal bazarlar ABŞ-da açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq, işsizlik və maaş artımı məlumatlarına fokuslanıb.
Noyabr ayına dair məlumatlar Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaqdır. ABŞ-da məşğulluq artımının koronavirusa yoluxma faktında artıma baxmayaraq Noyabrda az yavaşladığı gözlənilir.
ABŞ-da Noyabrda məşğulluğun 469 min artacağı gözlənilir. Oktyabrda məşğulluq 638 min artmışdı.
Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacadır. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin Noyabrda 6,8%-ə düşəcəyi proqnozlaşdırılır. Oktyabrda işsizlik 6,9% təşkil etmişdi.
Həmçinin ABŞ-da saatlıq maaşların illik və aylıq artım nisbətləri də açıqlanacaqdır. Saatlıq maaşın Oktyabr ayı ilə müqayisədə Noyabrda orta hesabla 0,1% artacağı gözlənilir (aylıq artım). Oktyabrda da artım 0,1% olmuşdu.
Saatlıq maaşın (gəlirin) illik müqayisədə 4,3% artacağı gözlənilir. Oktyabrda illik artım 4,5% olmuşdu.
Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.
Həmçinin oxu
Avro 1.23 dollaradək bahalaşa bilər - GÜNƏ BAXIŞMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















