Türkiyədə qiymətlər kəskin artıb - LİRƏ UCUZLAŞIR
Türkiyədə son 12 ayda qiymətlər orta hesabla 14,03%, ərzaq qiymətləri isə 21,08% artıbTürkiyə Statistika Komitəsinin açıqladığı məlumatlara görə, istehlakçı qiymətləri indeksi (inflyasiya) Noyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 14,03% artım qeyd edib. Aylıq müqayisədə artım isə 2,3% olub.
Marja xəbər verir ki, noyabrda illik inflyasiya 2020-ci ilin ən yüksək səviyyəsində reallaşıb.
İqtisadçıların proqnozu qiymətlərdə illik 12,7%, aylıq 1,1% artım olacağı istiqamətində idi.
Noyabrda baza inflyasiya illik 13,26% qeydə alınıb. Oktyabr ayında bu rəqəm 11,48% olmuşdu.
Ərzaq qiymətlərində ötən ilin eyni dövrü ilə müqayisədə 21,08%-lik artım reallaşıb.
Məlumat açıqlandıqdan sonra Türk lirəsi ucuzlaşıb. Dollar/TL məzənnəsi 0,7% artaraq 7.91 səviyyəsini aşıb.
Noyabrda illik olaraq ən çox artım 29,42% ilə müxtəlif mal və xidmətlər qrupunda olub. Nəqliyyat qrupundakı illik artım 18,67% olaraq qeydə alınıb. İllik ən aşağı artım 0,67% ilə spirtli içkilər və tütün qrupunda reallaşıb. Ötən ilin eyni ayı ilə müqayisədə artımın aşağı olduğu digər quruplar - 0,99% ilə geyim və ayaqqabı, 5,19% ilə rabitə və 7% ilə təhsildir.
Qiyməti ən çox artan məhsullar isə 66,7% ilə pomidor, 25,18% ilə balqabaq və 24,35% ilə gül kələm olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























