OPEC+ danışıqları təxirə salındı
Gözlənilməz bir şəkildə gərginlik artıbOPEC üzvləri və kartelə üzv olamayan bir sıra neft istehsalçısı olan ölkələrin nazirlərinin Çərşənbə axşamı günü üçün planlaşdırılmış yığıncağı iki gün sonraya təxirə salınıb.
Marja xəbər verir ki, təxirəsalma qərarı, neft istehsalının artırılmasının planlaşdırıldığı kimi yanvar ayından etibarən reallaşdırılıb reallaşdırılmayacağını qiymətləndirmək üçün bazar ertəsi günü aparılan danışıqlarda razılaşma təmin edilmədikdən sonra qəbul edilib.
Danışıqlar 3 dekabrda davam etdiriləcək.
Danışıqların başlanğıcında, hasilatın azaldılması üzrə hazırkı səviyyənin müddətinin uzadılması barədə razılaşma təmin ediləcək kimi görünsə də gözlənilməz bir şəkildə gərginlik artıb və Səudiyyə Ərəbistanının energerika naziri OPEC+ panelinin sədri müavini vəzifəsindən istefa edə biləcəyini söyləyib.
Bazar günü aparılmış danışıqlarda istehsalın azaldılmasının davam etdirilməsinə Birləşmiş Ərəb Əmrlikləri ilə Qazaxıstan qarşı çıxmışdı. Razılaşma təmin edilə bilməməsi vəziyyətində qrupun istehsalı gündəlik 1,9 milyon barel artacaq.
Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib. Qərarə əsasən “OPEC plus” ölkələri üzrə gündəlik neft istehsalı ilə bağlı kvotalar 2020-ci ilin may-iyun aylarında 9,7 milyon barrel, iyulun 1-dən ilin sonuna kimi 7,7 milyon barrel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel həcmində qərarlaşdırılıb.
“OPEC plus” 2021-ci ilin yanvarından gündəlik neft hasilatının azaldılmasının 7,7 milyon barrel səviyyəsində davam etdirilməsinə çalışır. Əgər razııaşma olmasa istehsal 1,9 milyon barel artacaq və istehsalın azaldılması 5,8 milyon barrel həcmində davam edəcəkdir.
"OPEC plus” qeyri-müəyyən vəziyyətdə qalmışdır. Bir tərəfdən ABŞ və Avropada koronavirusa yoluxanlar artarkən enerjiyə tələb zəifləyir, digər tərəfdən Asiyadakı iqtisadi yığışma ilə tələb güclənir.
Bakı vaxtı ilə saat 09:45-də Brent neft 0.5% ucuzlaşma ilə 47.58 dollara geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















