"Yelo Bank"ın əsas səhmdarının şirkəti zərər edib
Azərbaycanda "Yelo Bank"ın əsas sahibi olan azərbaycan əsilli iş adamı Vahid Ələkbərovun rəhbəri olduğu Rusiyanın "Lukoil" neft şirkəti zərərlə işləyir.
Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın "Lukoil" neft şirkətinin Mühasibat Uçotunun Beynəlxalq Standartları (IAS) üzrə xalis zərəri ötənilki 520,9 mlrd. rubl (6,589 mlrd. ABŞ dolları) mənfəətə qarşı 14,3 mlrd. rubl (188,3 mln. dollar) təşkil edib.
Bu barədə şirkətin hesabatında deyilir.
Qeyd olunub ki, şirkətin EBITDA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) üzrə göstəricisi təxminən iki dəfə azalaraq 497,5 mlrd. rubla (6,551 mlrd. dollar) enib. Əməliyyat mənfəəti 3,5 dəfə azalaraq 182,6 mlrd. rubl (2,404 mlrd. dollar) təşkil edib.
Şirkət müsbət əməliyyat mənfəəti fonunda xalis zərərin səbəbini 2020-ci ilin birinci yarısında aktivlərin dəyərdən düşməsinə görə yaranan zərər və xarici valyuta məzənnələri üzrə qeyri-pul zərəri ilə izah edir. EBITDA üzrə göstəricinin azalması isə əsasən COVID-19 pandemiyasının karbohidrogen qiymətləri, hasilatı və emal həcmlərinə mənfi təsirindən qaynaqlanır.
Hesabat dövründə "Lukoil"in satışdın əldə etdiyi gəlirləri 30,7% azalaraq 4,109 trln. rubl (54,107 mlrd. dollar) təşkil edib.
Tanınmış Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov "Yelo Bank" ASC-nin əsas səhmdarıdır. O, son 5 ildə dəfələrlə "Yelo Bank"ın kapitalını artrsa da, bankından gəlir götürə bilmir. Çünki "Yelo Bank" da zərər açıqlayır.
APA, Marja
Həmçinin oxu
Yelo Bankın zərəri “qar topu” kimi böyüyürMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























