Azərbaycanda kişilərin 36 faizi "zəhər" çəkir
Azərbaycanda tütündən istifadə edənlərin və tütündən əziyyət çəkənlərin statistikası açıqlanıb.
Milli Məclisdə "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda dəyirmi masada Səhiyyə Nazirliyinin İсtimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov bildirib ki, ölkədə kişilərin 36 faizi siqaret çəkir, siqaret çəkməyən kişilərin 77 faizi ictimai və iş yerlərində, qadınların isə 41 faizi evdə tütün tüstüsünün təsirindən əziyyət çəkirlər. O qeyd edib ki, yeniyetmələr arasında bu nisbət daha nəzərəçarpacaq səviyyədədir:
“Azərbaycanda yeniyetmələrin 7 faizi tütün çəkirsə, siqaret çəkməyən yeniyetmələrin 29 faizi evdə, 41 faizi isə qapalı və ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. Bu, son 5 ildə 50 faiz artıb. Qapalı şəraitdə hətta havalandırma sistemi olduqda belə, onun təsirini təhlükəsiz səviyyəyə endirmək qeyri-mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, yalnız tütün tüstüsündən tam azad ərazidə effektliliyi təmin etmək olar. Avropanın 10 ölkəsində tütünlə bağlı hərtərəfli qadağalar tədbiq edilir. Fikirlər səslənir ki, kafe və restoranlarda siqaretdən istifadənin qadağan edilməsi turistlərin buradan qaçması, gələcəkdə sanki bu səbəbdən turistlərin sayının azalması ilə nəticələnəcək. Lakin bu gün Avropa İttifaqı ölkələrindən gələn turistlər restoranlarda siqaret çəkməyi normal qarşılamayaraq qeyri-adekvat hal kimi qiymətləndirirlər. Bu gün ictimai yerlərdə siqaret çəkmək vətəndaşların Konstitusiya hüquqlarının pozulmasına da səbəb olur ki, bunu nəzərə almaq lazımdır”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
3 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
-
35 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 43 d. əvvəl
-
53 d. əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Ən çox oxunanlar
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti






















.jpg)






.jpg)

