Oktyabrda OPEC-in neft istehsalı artıb
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft istehsalı Oktyabr ayında Sentyabr ayı ilə müqayisədə 322 min barel artaraq 24 milyon 386 min barelə yüksəlib.
Marja OPEC-in Neft Bazarı Hesabatına istinadən xəbər verir ki, oktyabrda qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 580 min barel artaraq 91 milyon 170 min barel olub.
OPEC-ə üzv olmayan ölkələrdə neft istehsalı keçən ay gündəlik 250 min barel artıb və 66 milyon 790 min barel səviyyəsinə yüksəlib. OPEC-in xam neft istehsalı isə gündəlik 322 min barel artımla 24 milyon 386 min barel olaraq reallaşıb. OPEC-in istehsalındakı artımla oktyabrda qlobal neft istehsalındakı payı 26,7%-ə yüksəlib.
Oktyabrda, OPEC daxilində xam neft istehsalı ən çox Liviya, İraq və Nigeriyada artıb, ən böyük azalma Birləşmiş Ərəb Əmrliklərində olub.
Oktyabrda Liviyada gündəlik istehsal 299 min barel, İraqda 148 min barel, Nigeriyada 47 min barel artıb, Birləşmiş Ərəb Əmrliklərində isə 74 min barel azalıb.
Qlobal neft tələbi 2021-də artacaq
Hesabata görə, bu il qlobal neft tələbi keçən illə müqayisədə 9 milyon 750 min barel azalaraq gündəlik təxminən 90 milyon 10 min barel olacaq.
Gələn il isə qlobal neft tələbi bu illə müqayisədə 6 milyon 250 min barel artaraq gündəlik təxminən 96 milyon 260 min barelə çatacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























