“Petkim” üçüncü rübü mənfəətlə başa vurub
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən iri yatırımlarından biri olan “Petkim” neft-kimya kompleksi bu ilin üçüncü rübünü uğurla başa vurub.
Bu barədə “Petkim”in bu ilin üçüncü rübü üzrə hazırladığı hesabatında deyilir.
Məlumata görə, koronavirus (COVID-2019) pandemiyasının bütün dünyada davam etməsinə baxmayaraq, hesabat dövründə “Petkim”in əldə etdiyi mənfəət 311 milyon türk lirəsi (36,7 mln ABŞ dolları) təşkil edib.
“Petkim”in mənfəətlə işləməsinə təsir göstərən səbəb kimi, əməliyyat xərclərinin optimallaşdırılması, istehsal proseslərinin yaxşılaşdırılmasını davam etməsi və effektiv texniki xidmət proqramları ilə müəssisələr üçün iş günlərinin sayının maksimuma çatdırılması kimi idarəetmə addımlarının uğurla həyata keçirilməsi olub.
Məlumatda həmçinin deyilir ki, pandemiya dövründə “Petkim” istehsalına fasiləsiz davam edib və Türkiyənin yerli sənayedə etibarlı bir təchizatçısı olub. Belə ki, lazım olan neft-kimya xammalını istehsal edən “Petkim” bir daha sübut edib ki, 2020-ci ilin üçüncü rübünün əvvəlində neft-kimya sektorunda və qlobal çətinliklərə baxmayaraq, büdcə hədəflərinə uyğun olaraq davam etdirib.
Mənfəətini ikinci rüb ilə müqayisədə 114%, keçən ilin eyni dövrü ilə müqayisədə 36% artıran şirkət bu ilin yanvar-sentyabr ayları ərzində əməliyyatlardan 1,7 milyard türk lirəsi (200,9 mln ABŞ dolları) nağd pul axınını təmin edərək likvidliyini daha da gücləndirib.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 2 d. əvvəl
-
8 d. əvvəl
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
- 12 d. əvvəl
- 16 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
ABŞ-da ilk rübdə güclü iqtisadi artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
Ən çox oxunanlar
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
Avrozonada inflyasiya 3 faizə yüksəlib
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb















.jpg)






